EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.03.2019 19:53:44

Jurnalist Amit Seqal deyib ki, Qantsın telefonuna sızma faktı ilə bağlı ona İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) iki yüksək vəzifəli rəsmisi məlumat verib

İslamazeri.com-un İsrail mediasına istinadən verdiyi xəbərə əsasən, İran Kəşfiyyatına bağlı güman edilən xakerlər İsrail Ordusunun generalı, sabiq Qərargah rəisi və İsrailin müxalif lideri, Kaxil-Lavan blokunun sədri Beni Qantsın mobil telefonuna sızaraq oradakı bütün məlumatları ələ keçirə biliblər.

Ötən gün məsələ ilə bağlı danışan jurnalist Amit Seqal deyib ki, Qantsın telefonuna sızma faktı ilə bağlı ona İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) iki yüksək vəzifəli rəsmisi məlumat verib.

Jurnalistin sözlərinə görə, ŞABAK əməkdaşları Qantsla görüşərək ona xəbər veriblər ki, onun telefonundakı bütün məlumatlar - şəxsi məlumatlar və yazışmalar düşmən ölkənin əlinə keçib və gələcəkdə onun özünə qarşı istifadə edilə bilər.

Bu andan etibarən isə, telefonuna sızma haqda xəbər bütün ictimaiyyətə yayıldı.

İsraildə hətta telefonun içində olan məlumatlar haqda, onun nə ilə şantaj edilə biləcəyi və ya necə istifadə edilə biləcəyi haqda şayiələr yayıldı.

Prinsipcə, təhlükəsizlik xidmətlərinin bütün əməkdaşları, o cümlədən də Qants, şəxsi informasiya daşıyıcısı olan qurğulardan necə təhlükəsiz şəkildə istifadə edə biləcəkləri haqda təlim keçirlər.

Buna görə də, güman etmək olar ki, Qantsın telefonunda ölkə təhlükəsizliyi ilə bağlı heç bir gizli məlumat olmayıb.

Lakin belə bir sual da yaranıb ki, onun telefonunda intim xarakterli şəxsi məlumatlar ola bilərdimi!?

Qants öz həmkarları ilə söhbət zamanı telefonunda intim şəkillərin olması ilə bağlı şayiələri təkzib edib.

O, bu gün məsələ ilə bağlı mətbuat-konfransı keçirməli və xaker hücumu ilə bağlı sualları cavablandırmalı idi. Qantsın yaxınları isə iddia edirlər ki, şayiələri Netanyahunun silahdaşları yayır və onlar işarə edirlər ki, xaker hücumu haqda məlumatın KİV-ə sızmasının arxasında məhz Baş nazir durur. Baş Nazir Binyamin Netanyahunun ofisindən bəyan ediblər ki, ŞABAK Qantsın telefonuna sızma haqda Netanyahuya məlumat verməyib.

Jurnalist Amit Seqal məsələ ilə bağlı öz fərziyyəsini irəli sürərək bildirib ki, ŞABAK bu məlumatı qəsdən Netanyahudan gizlədib, çünki ŞABAK Netanyahu və Qants arasında siyasi mübarizənin getdiyini bilir.

Müstəqil ekspertlərə görə isə, bu məsələ qəsdən siyasi mübarizənin bir hissəsi kimi qələmə verilərək, İsrailin yüksək postuna namizəd general Qantsın telefonundakı məlumatların İran kəşfiyyatı tərəfindən ələ keçirilməsi faktını manipulyasiya etmək istəyirlər.

Qeyd edək ki, Qants Netanyahuya ən güclü rəqibdir və hökümətə gəlmək istəyir. O çıxışı zamanı İran prezidenti Həsən Ruhani, İranın Keşikçilər Korpusu, "Qüds" briqadasının komandanı general Qasim Süleymani və "Hizbullah" lideri Seyid Həsən Nəsrullahı təhdid edərək onların hədəf və planlarının baş tutmaması üçün hökümətə gələcəyi təqdirdə əlindən gələni edəcəyini bildirmişdi. 

Benni Qantz peşakar kəşfiyyatçı və hərbçidir...

Benni Qantz 1959-cu ildə Kfar Axim bölgəsində anadan olub. Atası "Yəhudi agentliyi"nin sədr müavini olub. Yəhudilərin yeni işğal olmuş ərazilərə köçürülməsi üçün yaradılan agentlikdə yüksək vəzifə tutmasıyla əlavə, yeni köçənlərə dəstək verən hərəkat da yaradıb.

Oğlunu gələcək hərbçi kimi görmək istəyən ata Qantz oğlunu orta məktəbdən sonra İsrailin Milli Təhlükəsizlik kollecində oxudur, daha sonra gələcəyin Qərargah rəisi ABŞ-da Milli Müdafiə Universitetini bitirir.

Qantz hazırda 60 yaşındadır və özü dediyi kimi 40 ilə yaxın hərbidə İsrail ordusunun müxtəlif yüksək vəzifələrində çalışıb. Ən yuxarı vəzifəsi İsrail Ordusunun Qərargah rəisi postudur.

Livanda 1980-ci illərdə kiçik zabit kimi iştirak edib. 1982-ci ildə ABŞ-da Dəniz Piyadası kurslarına qatılıb. 1984-cü ildə xüsusi təyinatlı batalyonun  komandir müavini işləyib. 5 il sonra bu batalyonun komandiri olub. 1992-ci ildə desant briqadasının komandiri təyinatı alıb. 1997-ci ildə 1 illik ABŞ-a xüsusi hərbi təlimlərə gedib, qayıdan kimi divizya komandiri, daha sonra general mayor rütbəsi alaraq Şimal Korpusunun komandiri vəzifəsinə təyin olunub. 2005-ci ildə Quru Qoşunlarına komandan təyinatı alıb. İsrailin ABŞ-a attaşesi kimi 2007-ci ildə iki illik ABŞ-a böyük ehtimalla yeni hərbi, kəşfiyyat təlimlərinə gedib. Qayıdan kimi İsrail Ordusunun Qərargah rəisinin müavini, iki il sonra isə 2015-ci ilə qədər Qərargah rəisi vəzifəsinə təyin olunub. Məhz bu hərbi tarixinə görə, dünya sionistləri onu, Yaxın Şərqdə böyük nüfuza malik İranlı general Qasim Süleymaniyə qarşı rəqib olaraq İsrail hökümətinin başına gətirmək istəyirlər.


İran Kəşfiyyatı Süleymanini təhdid edən İsrail Ordusunun sabiq Qərargah Rəisi, general Qantsın telefonuna sızdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
     24.04.2019
    Kim Çen In Rusiyada: Bu, mənim son səfərim deyil!
    Şimali Koreya lideri Rusiyaya səfər edib.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ