EURO 2,0865 NEFT 65,31
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.02.2018 19:01:32

"İranın Suriyadakı varlığı, məhz bu dövlətin xahişi və razılığı ilədir..."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran XİN-in sözcüsü Bəhram Qasimi İsrailin bu gün F16 qırıcısının vurulmasıyla bağlı iddialarına cavab verib.

Bəhram Qasimi "İsrail, İranın pilotsuz təyyarəsini vurdu. Suriya Havadan Müdafiə Sistemi İsrailin F16 qırıcısını vurdu" kimi sionist rejimin iddiasına belə cavab verib: "Suriya dövləti və ordusu müstəqil bir ölkə olaraq, hər cür xarici hücuma qarşı müdafiə haqqına sahibdir. Qeyri-qanuni Sionist rejimi hər zaman olduğu kimi zatında saxtakarlıq olduğundan qara piar kampaniyalarına start verərək bölgədəki müsəlman xalqlarına qarşı işlədiyi cinayətlər və işğalçı addımlarını ört-basdır edə bilməz."

XİN sözcüsü sözlərinin davamında "İran pilotsuz təyyarəsinin Suriyada uçuş həyata keçirməsi və sionist qırıcısının düşürülməsində İranın rolunun olması kimi gülməli iddialar müzakirə ediləcək mövzular deyil. Amma İranın Suriyadakı varlığı, məhz bu dövlətin xahişi və razılığı ilə hərbi müşavir və məsləhətçi səviyyəsindədir", - deyə qeyd edib.

İsrailin vurulan F16 qırıcısı...

"Tasnim" agentliyinin xəbərinə görə, SEPAH-ın komandan əvəzi general Hüseyn Səlaminin İsrailin iddialarına cavab İsraili yalançı adlandıraraq "etdikləri heç bir açıqlamaya inanmırıq və etibarlı hesab etmirik", -deyərək İranın bölgədəki bütün ABŞ hərbi bazalarını vura biləcək gücdə olduğunu bildirib.

General Hüseyn Səlami

Qeyd edək ki, İsrail tərəfi İranın pilotsuz təyyarələrini, həmçinin İranın Suriyadakı hədəflərini vurduqlarına görə, Suriya Ordusunun İsrailə məxsus F16 qırıcısını vurmasını iddia etmişdi - ƏTRAFLI.


İran İsrailin iddialarına cavab verdi: Yalançıdırlar... - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Bakıya gəlib
    İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman Bakıya gəlib
     22.02.2018
    Azərbaycanda 20 mindən çox alkoqolik var
    Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.
     22.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ