1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 17:00:11

Episentri İraq ərazisində yerləşən zəlzələ nəticəsində ölüm hallarının əksəriyyəti İranda qeydə alınıb.

İran-İraq zəlzələsi nəticəsində həlak olanların sayı 530 nəfərə çatıb. 

İslamazeri.com "Sputnik"-ə istinadla xəbər verir ki, bəzi mənbələr 8 min nəfərdən çox insanın xəsarət aldığını yazıblar. İranın Kirmanşah və İlam əyalətləri təbii fəlakətdən daha çox ziyan çəkib. Bu ərazilərdə 12 mindən çox ev dağılıb. 

Qeyd edək ki, təbii fəlakətlə bağlı İranda 3 günlük matəm elan olunub.


*********

09.22

Dünən İran-İraq sərhədində baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 450 nəfəri keçib. 

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, xilasetmə və səhiyyə qurumları 445 İran vətəndaşının öldüyünü təsdiqləyib. Yaralıların sayı isə 7156 nəfərə çatıb.


********

13 noyabr, 17.39

İran-İraq sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı 400 nəfəri keçib. Episentri İraqın Hələbcə şəhərindən 32 kilometr cənubda qeydə alınmış zəlzələ nəticəsində həlak olan İran vətəndaşlarının sayı 395 nəfərə çatıb. 

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, İranın rəsmi qurumlarının açıqlamasına görə, təbii fəlakət nəticəsində xəsarət alanların indiyədək qeydə alınmış sayı isə 6650 nəfərdir. Kirmanşah vilayətində dağıntılara səbəb olmuş yeraltı təkanların qurbanlarının sayının artacağı istisna edilmir.

********

15.23

Ötən gecə İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdə ölənlərin sayı durmadan artır. Son əldə edilmiş məlumata görə, təkcə İran tərəfdə ölənlərin sayı 341 nəfərə çatıb. 5340 nəfər isə xəsarət alıb. Xəsarət alanların sayı çox olduğu üçün ölənlərin artacağı istisna edilmir. İraqda isə 11 nəfər dünyasını dəyişib, 130 nəfər xəsarət alıb. 

*******

13.07

Episentri İraqın Hələbcə şəhərinin 32 kilometr cənubunda yerləşən 7,3 ballıq zəlzələ nəticəsində həlak olanların ümumi sayı 339 nəfərə çatıb. 

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, hər iki ölkədən yaralıların sayı 2600 nəfəri keçib. Təbii fəlakət nəticəsində həlak olanların 328 nəfəri İran vətəndaşlarıdır. 11 nəfər isə İraqda dünyasını dəyişib. Burada 130 nəfər yaralanıb.

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həlak olanların yaxınlarına başsağlığı verib, müvafiq qurumları zərərçəkənlərə hər cür yardım etmək üçün var gücləri ilə çalışmağa çağırıb. 

Qeyd edək ki, yeraltı təkanlar Türkiyə, Küveyt, Ermənistan, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyndə də hiss olunub.

******

10.46

Ötən gecə İran-İraq sərhədində qeydə alınmış dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 211 nəfərə çatıb.

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, həlak olanların demək olar ki, hamısı İran vətəndaşlarıdır. Yerli vaxtla saat 21.18-də baş vermiş zəlzələ İraqın Hələbcə şəhərinin 32 kilometr cənubunda qeydə alınıb.

Yeraltı təkanların gücü 7,3 baş olub. Lakin ən çox ölüm halları İranın Kirmanşah vilayətinin Sarpoli-Zəhəb rayonunda qeydə alınıb. Əyalətin səhiyyə qurumunun açıqlamasında bu gün səhər saatlarınadək 207 cəsədin daxil olduğu bildirilib.

İranın təbii fəlakətlərə qarşı mübarizə qurumunun məlumatına görə, ölkə üzrə 1700 nəfərdən çox insan zəlzələ nəticəsində xəsarət alıb. Ölü sayının artacağı istisna edilmir. Əyalətdə üçgünlük matəm elan olunub.


İran-İraq zəlzələsi qurbanlarının sayı 530 nəfəri keçib - VİDEO/FOTO-YENİLƏNİR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ