1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.04.2017 09:30:00

İranda Müdafiə Nazirliyinin son 2 il ərzində əldə etdiyi nailiyyətlərinə həsr edilmiş sərgi keçirilib.

İslamazeri.com-un “Tasnim”-ə istinadən verdiyi xəbərə əsasən, İran özünün “Kövsər” adı altında istehsal etdiyi ilk təlim təyyarəsini təqdim edib.

Bu təyyarə sifariş əsasında sırf öz güc və qüvvəmiz və ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə layihələşdirilib və istehsal edilib. Pilotların təlimi ilə yanaşı, təyyarə yardımçı rolda da çıxış edərək, silahlanmaların daşınmasını həyata keçirmək iqtidarındadır. Ümid edirəm ki, bütün zəruri sınaqlardan sonra o, HHQ-də silahlanmaya alınacaq.”, - deyə İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

İran Müdafiə Nazirliyinin son 2 il ərzində əldə etdiyi nailiyyətlərinə həsr edilmiş sərgidə ölkə başçısı Həsən Ruhani də iştirak edib. Sərgidə həmçinin “Məhacer-6” adlı taktik PUA, “Nasir” gəmiəleyhinə qanadlı raketləri, “Fakur” adlı “hava-hava” tipli raketlər də təqdim edilib. Bundan əlavə, hərbçilərə döyüş manevrlərinin keçirilməsi, həmçinin “Qaher-313” qırıcılarının təlim uçuşlarına hazırlıqların görülməsinə  dair tapşırıq verilib.


İran ilk təlim təyyarəsini istehsal etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ