1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:29.07.2020 20:07:14

İran hərbçiləri hərbi təlimlər zamanı yerin altından ballistik raketlər buraxıblar.

İslamazeri.com “Tasnim”-ə istinadən xəbər verir ki, İran hərbçiləri hərbi təlimlər zamanı yerin altından ballistik raketlər buraxıblar.

İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) Fars körfəzi və Hörmüz boğazının qərbində keçirilən “Böyük Peyğəmbər - 14” kod adlı manevrlərin yekun mərhələsinə başlayıb. Təlimlərdə HDQ və Aerokosmik Qüvvələr də iştirak edir.

Məlumata görə, İran hərbçiləri yerin altında yerləşən buraxıcı qurğulardan ballistik raketlərin uğurlu buraxılışını həyata keçiriblər.

Təlimlər zamanı İran Silahlı Qüvvələri ilk dəfə olaraq “Nur” hərbi peykindən məlumatlar əldə ediblər. Adıçəkilən peyk İranın ilk hərbi peykidir və cari ilin aprel ayında orbitə çıxarılıb.

Bundan başqa, təlimlər zamanı İran xüsusi gəmi maketindən istifadə edərək ABŞ qırıcıdaşıyan gəmisinə qarşı əməliyyatı da məşq edib.

Sepah komandanı Hüseyn Salami təlimləri şərh edərkən bildirib ki, Tehranın siyasət və strategiyası həyati əhəmiyyətə sahib maraqların qorunmasına yönəlib və müdafiə xarakteri daşıyır. Lakin əlavə edib ki, düşmənin hücum versiyası da nəzərə alınaraq, təlimlər zamanı həmlə məşqləri də keçirilib.


İran hərbi təlimlərdə balistik raketləri sınaqdan keçirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əcnəbi seriallara qoyulan qadağa ləğv olundu, lakin şərti var...
    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
     13.08.2020
    Ruhani Ərəb ölkələrinə: Biz olmasaydıq Səddam sizi yeyərdi
    Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ