EURO 1,9876 NEFT 78,5
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.11.2017 16:09:35

İran XİN-in mətbuat katibi ölkəsinə qarşı səsləndirilən fikirlər haqqında danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Bəhram Qasemi bildirib ki, ölkəsi, öz xarici siyasət prinsiplərinə uyğun olaraq, heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir.

Qasemi bazar ertəsi günü keçirilmiş brifinqdə qeyd edib ki, İran sabit, təhlükəsiz və sakit Livanın tərəfdarıdır.

“Livan Baş naziri Səəd Həririnin istefası məsələsi ancaq livanlıların özlərinə aiddir.”, - deyə o əlavə edib.

Səudiyyə Ərəbistanının Ərəb Dövlətləri Liqasının (ƏDL) təcili çağırılmasına dair çağırışlarını şərh edən iranlı diplomat deyib: “Səud rejimi rəhbərliyi öz daxili və xarici problemlərindən və muzdurlarının ard-arda məğlubiyyətlərindən anti-İran ittifaqı düzəltmək və ərəblər arasında konsensus əldə etməyə çalışır. Lakin ƏDL-in Qahirədə keçiriləcək sammiti gözlənilən nəticələri verməyəcək, çünki Yaxın Şərq ölkələri regiondakı hadisələri diqqətlə izləyir və həqiqəti yalandan ayıra bilir”.

İranın İŞİD terror təşkilatının məğlubiyyətindən sonra Suriyadakı mövcudiyyətinə toxunan Qasemi bildirib: “Bu mövcudiyyət Suriya hökumətinin rəsmi istəyi əsasında dəstəklənir və İŞİD-in tam məhv edilməsindən sonra rəsmi Tehran rəsmi Dəməşqlə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır, o cümlədən də terrorçular tərəfindən dağıdılmış ərazilərin bərpa edilməsi planında.”


İran: Biz heç vaxt digər dövlətlərin daxili işlərinə qarışmırıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD-ə dəstək verməyə davam edir
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD terror təşkilatına qarşı yardımlarını davam etdirir.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ