1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:24.06.2019 13:17:14

İran Texnologiya və Rabitə naziri bir ildə 33 milyon kiber hücumun qarşısını aldıqlarını açıqlayıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Texnologiya və Rabitə naziri bir ildə 33 milyon kiber hücumun qarşısını aldıqlarını açıqlayıb.

İran Texnologiya və Rabitə naziri Azeri Cehromi özünün tvitter hesabından verdiyi açıqlamaya görə, kiber hücumlar qarşısında güclü müdaxiə proqramı olduğunu bildirib.

"KİV İrana kiber hücumların edilib edilmədiyilə bağlı sual verirlər. Uzun illərdir ki, Stuxnet kimi kiber terrorizm və tək tərəfli olan hücumlarla qarşı-qarşıyayıq", -deyə iranlı nazir əlavə edib.

 Azeri Cehromi sözlərinin davamında deyib: "İrana qarşı bir hücum deyil, son bir ildə 33 milyon kiber hücum, milli müdafiə qalxanı "Dejfa" ilə təsirsiz etdik. Çox sayda hücuma baxmayaraq müvəffəq ola bilmədilər."

Qeyd edək ki, ABŞ-ın Washington Post qəzeti çərşənbə axşamı ABŞ tərəfindən İrana kiber hücum həyata keçirildiyini qeyd etmişdi.


İran bir ildə 33 milyon kiber hücumun qarşısını alıb - Nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ