1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.11.2017 17:30:32

Əli Əkbər Salehi nüvə müqaviləsi pozulduğu təqdirdə, müqaviləni pozanları təəccübləndirəcəklərini bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi Tehran nüvə araşdırma reaktorunun fəaliyyətə başlamasının 50-ci il yubileyindəki çıxışında nüvə razılaşmasına toxunaraq, qarşı tərəfin bu müqaviləni pozmaq ehtimalını gözlədiklərini bildirib.

Salehi bu səbəbdən İranın dondurduğu nüvə fəaliyyətlərinə yenidən başlamaq üçün bəzi tədbirlər aldığını, İranın heç vaxt müzakirələrə sadəlövhlüklə qoşulmadığını qeyd edib.

Nüvə müqaviləsinin həm İran və həm də beynəlxalq aləm üçün faydalı olduğunu qeyd edən Salehi, bu müqavilənin pozulduğu təqdirdə heç bir konvensiyanın lazımi möhkəmliyə malik olmayacağının başa düşüləcəyini, bunun baş verməməsini ümid etdiyini, lakin belə olsa və müqavilə pozularsa, İranın müqaviləni pozanları heyrətə salacaq bir reaksiya verəcəyini vurğulayıb.


İran Atom Enerjisi Qurumunun sədri: Nüvə müqaviləsi pozulsa, pozanları təəccübləndirərik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ