Bu haqda İran mediası "təcili" və "son dəqiqə" olaraq xəbər yayıb

Bu gün səhər saatlarında Amerikanın "Global Hawk" tipli casusluq pilotsuzu İranın cənubunda yerləşən Hormozqan vilayətinin sahillərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Hava-Kosmos qüvvələrinin zenit raket sistemi ilə vurulub.
İslamazer.com İran mediasına istinadən xəbər verir ki, ABŞ-ın casus pilotsuzu İranın Hormozqan vilayətinin Mübarək dağı ilə üzbəüz məntəqədə İran İslam Respublikasının ərazisinin hava sahəsini pozub.
Qeyd edək ki, bu aparat dünyada ən böyük pilotsuz sayılır. Global Hawk-ın 6 fərqli PUA-sı var, hətta bir model 4 fərqli tipdədir.
İran ABŞ-ın casus pilotsuzunu yerə saldı