1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:26.07.2017 10:46:14

"Mən düşünürəm ki, bir neçə aydan sonra dizelin qiymətinin artması ilə bağlı Tarif Şurasının qərarını eşidəcəyik."

Məlum olduğu kimi, iyulun 15-də Tarif Şurasının qərarı ilə Aİ 92 markalı benzinin qiyməti artırılaraq 70 qəpikdən 90 qəpiyə qaldırıldı. Hazırda yanacaqdoldurma məntəqələrində Aİ 92 benzinin 1 litri 90 qəpiyə satılır. Nəticədə dizellə işləyən avtomobillərə maraq artdı. Məhz bu səbəbdən son günlər avtomobil bazarında dizellə işləyən avtomobillər 15-20 faiz bahalaşıb. Bunun əksinə, benzinlə çalışan avtomobillərin qiymətində eniş müşahidə olunur. Səbəb orta və aşağı təbəqədən olan sürücülərin benzinlə işləyən avtomobili bazara çıxararaq dizelə dəyişmək istəyidir.

Bu mənada insanları narahat edən əsas məqam dizelin qiymətinin artırılıb-artırılmamasıdır. Məlum olduğu kimi, sərnişin və yükdaşımada istifadə olunan əksər avtomobillər, o cümlədən aqrar sektorda istifadə olunan texnika dizellə çalışır. Dizelin bahalaşması bütün sahələrdə qiymət artımının vüsət alması, kənd təsərrüfatının iflic olması deməkdir.

Bəs görəsən, hökumət qarşıdakı aylarda belə bir qərar verə bilərmi?

Çünki benzinlə dizel arasındakı kəskin qiymət fərqi bir çox sahələrdə balansın pozulmasına gətirib çıxarıb.

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov da qeyd etdi ki, əvvəlki dövrlərdə adətən dizellə Aİ 92 markalı benzinin qiyməti paralel olaraq bahalaşdırılırdı: “Bu dəfə hökumət məhz 92 markalı benzinin qiymətini qaldırdı, dizelin qiymətini isə hələ ki bahalaşdırmadı. Bunun səbəbi də sürətli inflyasiyanı müəyyən qədər önləmək və eyni zamanda müəyyən sahələrə administrativ formada təzyiq formalaşdırmaq üçün əldə arqument saxlamaq idi. Arqument ondan ibarətdir ki, dizelin qiyməti bahalaşmayıbsa, deməli, aqrar məhsulların, nəqliyyatın qiyməti bahalaşmamalıdır”.

Rəşad Həsənov aradakı bu fərqin uzunmüddətli dövrdə qorunub saxlanacağı ehtimalının az olduğunu qeyd etdi: “Çünki nəticədə bu, digər məsələlərin də ortaya çıxmasına gətirib çıxarır. Ümumiyyətlə, avtoparkın strukturunun dəyişməsi gələcəkdə daha çox dizellə işləyən texnikanın və nəqliyyat avadanlıqlarının ölkəyə gətirilməsinə rəvac verəcək. Belə olduğu təqdirdə də müxtəlif maraq qruplarının bu istiqamətdə öz mövqelərini qoruma cəhdləri ortaya çıxacaq. Mən düşünürəm ki, bir neçə aydan sonra dizelin qiymətinin artması ilə bağlı Tarif Şurasının qərarını eşidəcəyik. Bunun qiymətlərə təsiri, ilkin dövrdə benzinin qiymətinin artması ilə bazar qiymətləndirmə aparacaq və bütün məhsullar bahalaşacaq. O baxımdan, gələcəkdə dizelin bahalaşması zamanı biz artıq kəskin qiymət sıçrayışını hiss etməyəcəyik. Çünki bazar öncədən bu prosesi qiymətləndirəcək”.

Hazırda dizellə işləyən minik avtomobillərinə tələbatın artmasını və qiymətinin bahalaşmasını təsdiqləyən iqtisadçı bildirdi ki, bu təbii bir prosesdir: “Bu gün üçün bazarın proseslərə ilk reaksiyasıdır. Hazırda dizellə Aİ 92 markalı benzin arasında ciddi qiymət fərqi var, bu baxımdan uzunmüddətli dövr üçün hesablamalar aparan hər bir vətəndaş görür ki, yanacaq sərfiyyatında il ərzində nə qədər fərq yaranır. Ona görə də bu istiqamətdə bazar öz mövqeyini ortaya qoyub. Dizellə işləyən avtomobillərə marağın artması əvvəlcədən də gözlənilən idi. Ancaq proses uzun müddət davam edə bilməz. Artıq dünyada dizellə işləyən avtomobillərin istehsalı ilə bağlı müxtəlif mövqelər yaranıb. Bəzi şirkətlər dizellə işləyən avtomobillərin istehsalını dayandırırlar. Digər tərəfdən, növbəti bir neçə ay ərzində Azərbaycanda da böyük ehtimalla dizelin qiyməti qalxacaq. Bu da avtomobil bazarında tələbin strukturunun dəyişməsini şərtləndirən faktor olacaq. Hazırda dizellə işləyən avtomobillərə qarşı yaranmış kütləvi maraq növbəti aylarda azalacaq”.


İqtisadçı dizelin də bahalaşacağını deyir: "Bütün məhsullar bahalaşacaq"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ