EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.09.2019 13:00:17

Cümə axşamı günü Bakı Şəhəri Səbail Rayon Məhkəməsində intihar etmiş 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə iclası keçirilir.

Cümə axşamı günü Bakı Şəhəri Səbail Rayon Məhkəməsində intihar etmiş 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə iclası keçirilir.

Hakim Azər Tağıyevin başçılığı ilə keçirilən iclasda məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işinə baxılır.

Sevinc Abbasova Cinayət Məcəlləsinin təhlükədə qoyma və səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddələri ilə ittiham olunur. 

Sevinc Abbasova haqqında 2019-cu ilin aprel ayında cinayət işi açılmış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Keçirilən məhkəmə iclası ictimaiyyətə açıq olsa da, BBC News Azərbaycancanın məhkəməyə yollanmış jurnalistləri və digər jurnalistlər və fəallar məhkəmə binasına buraxılmır.

Onlara bu barədə hər hansı bir səbəb bildirilmir.

Nə baş verib?

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə 2 gün sonra xəstəxanada vəfat edib.

Baş Prokurorluq hadisə bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.

Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik" deyib. (bbc azeri)


İntihar etmiş Elina Hacıyevanın keçmiş məktəb direktorunun məhkəməsi gedir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ