EURO 1,8399 NEFT 56,76
USD 1,7447 RUB 0,0304
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:13.12.2016 13:16:19

"Instagram" sosial şəbəkəsində daha bir yenilik.

Sosial şəbəkədə artıq canlı videolar da yerləşdirmək mümkün olacaq. 

İslamazeri.az xəbər verir ki, canlı efir üçün yenilənmədən (güncəlləşmədən - red.) sonra olacaq müvafiq düyməni basmaq kifayət edəcək. Canlı video isə bir saata yaxın davam edəcək. Videoya həmin an baxmaq mümkün olacaq. Canlı yayımdan sonra video serverdə saxlanılmır, bunun üçün də ona təkrar baxmaq mümkün deyil. Bu xüsusiyyəti sayəsində də "Instagram"ın canlı videoları "Facebook", "Live" və "Periscope" videolarından fərqlənəcək.

Hələlik ancaq ABŞ sakinlərinin hamısı bu xidmətdən istifadə edə bilər. Yaxın həftələrdə isə xidmətin bütün dünyada istifadəyə veriləcəyi gözlənilir. 

"Instagram" 2010-cu ildən istifadəyə verilib. Əvvəl bu sosial şəbəkə ancaq "Apple" istifadəçiləri üçün nəzərdə tutulmuşdu. 2012-ci ildən isə "Android" sistemlərində də istifadəyə başlayıb.

Məhz həmin il "Facebook" "Instagram"ı 1 milyard dollara alıb. Bu il "Instagram" istifadəçilərinin sayı 500 milyonu ötüb.(İstiPress)


"Instagram"dan çoxdandır gözlənilən YENİLİK

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Rusiyadan S-400 alır
    Türkiyə hava müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlara davam edir...
     22.02.2017
    Su Çərşənbəsindən FOTOLAR
    Dünən Su Çərşənbəsi qeyd edilirdi.
     22.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ