EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:02.11.2017 17:07:00

Rusiyadakı "Apple" mağazası qarşısında insanlar toplaşmağa başlayıb.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, “Apple” şirkətinin yeni modeli “iPhone X”-in Moskvada satışının başlamasına 2 gün qalmasına baxmayaraq, insanlar artıq sıra tutmağa başlayıblar. Yeni modeli əldə etmək istəyən insanlar “Apple” mağazasının qarşısında növbədə dururlar. Toplaşan insanların sayı isə 100 keçib.

Sırada 1-ci yeri tutan şəxs, şahidlərin sözlərinə görə, mağazanın qarşısında 1 həftədən çoxdur ki, gözləyir. “iPhone X” üçün gələn hər kəsə sıra nömrəsi verilib. Bu gündən etibarən hər 3 saatdan bir adbaad yoxlama başlayacaq. Yoxlamaya “hay” verməyənlər isə, potensial birinci alıcılar siyahısından çıxarılacaq. “Apple” fanatlarını soyuqdan yaxınlıqdakı gecə-gündüz işləyən kafe xilas edir.

Xatırlatmaq lazımdır ki, “iPhone X” modelinin rəsmi çıxış vaxtı noyabr ayının 3-üdür. Üstəlik, oktyabrın 27-si “Apple”-in online mağazasından smartfonun öncədən sifarişini sənədləşdirmək mümkündür. Məlum cihazın Rusiyadakı minimum qiyməti 81 min rubl (təxminən 2363.5 AZN) olacaq.


İnsanlar yeni Apple üçün isti-soyuq demədən günlərlə sırada gözləyirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ