1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:20.05.2017 14:51:44

"İnsanlar çölə çıxmaqdan çəkinirlər, çünki hər an onları öldürə bilərlər..."

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanının güc strukturu əməkdaşları ölkənin Əvamiyyə qəsəbəsində “üsyançılara” qarşı reyd keçiriblər. Həmin “üsyançılar” guya ki, ölkə rəhbərliyinin həyata keçirdiyi layihələr üzrə aparılan təmir işlərinə mane olurlar. Rəhbərlik iddia edir ki, silahlı şəxslər fəhlələrə hücum edərək, onlara atəş açıblar. Lakin rəhbərliyinin iddiaları yerli sakinlərin dedikləri ilə üst-üstə düşmür. Qəsəbə sakinlərindən biri anonimlik şərtilə “Russia Today”-ə danışıb ki, əslində rəsmi Ər-Riyad hər vasitə ilə şiə əhaliyə zülm edir, Əvamiyyənin özü isə demək olar ki, mühasirə şəraitindədir, çünki şəhərin bütün giriş-çıxışlarında nəzarət-keçid məntəqələri quraşdırılıb. Onun sözlərinə görə, adıçəkilən yaşayış məntəqəsində yaşayan insanlar qorxu içərisində yaşayır. Qərb KİV-ləri isə bu mövzunu işıqlandırmır, işıqlandırsa da sakinlərin yox, Səud rejiminin nöqteyi nəzərindən işıqlandırır.

Şiələrin yaşadığı Səudiyyə Ərəbistanının Əvamiyyə qəsəbəsi yerli güc strukturu əməkdaşları üçün hərbi əməliyyatlar zonasına çevrilib. Səudiyyə polisi “terrorçulara” qarşı reyd keçirib. Həmin “terrorçular” guya ki,ölkə rəhbərliyinə bu yaşayış məntəqəsinin rayonlarında təmir işləri aparmağa mane olurlar. Güc strukturunun iddiasına görə, təmizləmə prosesinə buldozer və zirehli maşınlar cəlb edilib, “terrorçuların” olduğu binalara isə atəş açılıb.

Əl-Məsura kvartalında təhlükəsizliyin təmin ediməsi məqsədi ilə təmir işləri aparmış fəhlələrə terrorçular tərəfindən atəş açılıb. Silahlılar geri çəkilərkən xaotik şəkildə atəş açırdılar. Onlar yoldan keçən insanları və təhlükəsizlik xidməti əməkdaşlarını nişan alırdılar.”, - deyə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi iddia edir.

Üstəlik “terrorçuların” öldürülüb-oldürülməməsi barədə məlumat verilməyib. Buna müqabil ölənlər arasında uşaq da daxil olmaqla, dinc sakinlər var.

 

 

Haqq uğrunda mübarizə

 

Əvamiyyə, əhalisinin böyük əksəriyyəti sələfilərdən ibarət olan ölkənin şiə qəsəbələrindən biridir. Bununla yanaşı, Əvamiyyə öz hökumət əleyhinə etirazları və din xadimi Şeyx Nimr Baqir əl-Nimr ilə məşhurdur.

Şiələrin sıxışdırılmasına qarşı etiraz etmiş Şeyx Nimr 2016-cı ildə “ayrıseçkilik salmaq” və “ölkənin bütövlüyünə xələl gətirməkdə” ittiham olunaraq edam edilib.

Şeyx Nimrin ölümü siyasətçilər və şiə dini liderləri arasında böyük rezonansa səbəb olub. Rəsmi Ər-Riyadın qərarına qarşı Bəhreyn, Livan və İranda nümayişlər keçirilmişdi. Tehrandakı etirazçılar hətta Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyinə hücum etmiş, binaya yanıcı maddələr atmış və oranı tutmuşdu. Bundan sonra Səudlər İranla olan diplomatik əlaqələrini kəsdi.

Səudiyyə Ərəbistanının özündə isə ən-Nimrin edamı hiddətlə qarşılandı. Şiə əhali kütləvi etirazlar keçirmişdi. Lakin etirazlar güc yolu ilə yatızdırılmışdı.

 

Maskalanma altında qırğın

 

Səudiyyə Ərəbistanında formalaşmış vəziyyətlə bağlı olaraq çox az adam hüquq-mühafizə orqanlarının Əvamiyyədə keçirdiyi əməliyyatlar barədə danışmağa razı olur. Çünki demək olar ki, tam mühasirə altında olan Əvamiyyədə istənilən ehtiyatsız deyilmiş söz həbsə və ölüm cəzasına səbəb ola bilər. Adıçəkilən yaşayış məntəqəsini artıq yüzlərlə sakin tərk edib. Oradakı bir çox evlər güc strukturu əməkdaşlarının reydləri nəticəsində dağılıb. Faktiki olaraq sakinlərdən heç kəs inanmır ki, ölkə rəhbərliyi qəsəbənin çiçəklənməsində maraqlıdır.

Səudiyyə hakimiyyəti bildirir ki, əl-Məsura kvartalını bərpa etmək istəyir. Lakin bunlar sadəcə olaraq sözlərdir. Biz heç bir layihə görməmişik. Əminəm ki, hökumət bu yolla insanlara “qulaqburması” vermək istəyir.”, - deyə sakinlərdən biri deyib.

Onun sözlərinə görə, hakimiyyət bu üsulla nümayiş etdirir ki, insan haqlarına riayət edilməsinə dair heç bir tələbi yerinə yetirmək niyyətində deyil.

Bununla əlaqədar olaraq sakin qeyd edib ki, qəsəbə sakinləri öz gələcəklərinə görə daimi qorxu içərisindədirlər. Axı quraşdırılmış nəzarət-keçid məntəqələrinə görə Əvamiyyəyə nə daxil olmaq, nə də oradan çıxmaq praktik olaraq mümkün deyil.

Sakinlər Əvamiyyədəki nəzarət-keçid məntəqələri və toqquşmalardan çəkinirlər. Qəsəbədəki toqquşmalar hər gün - həm gecə, həm də səhərlər baş verir. Əvamiyyəyə gedən bütün yollar nəzarət-keçid məntəqələri ilə bağlanıb. Qəsəbə daxilində hərəkət etmək olduqca təhlükəlidir. İstənilən sizi həbs edə və ya güllələyə bilərlər.”, - deyə mənbədən bildiriblər.

O, yaranmış vəziyyətlə bağlı olaraq qeyd edib ki, insanlar həm də baş verə biləcək aclıqdan qorxular. “Burada Əvamiyyədə sanki müharibə gedir.”, - deyə şahid əlavə edib.

 

İnformasiya səhrası

 

Qərb Səudiyyə Ərəbistanında baş verənlər barədə danışmamağı üstün tutur. KİV-lərdə isə bu mövzu demək olar ki, işıqlandırılmır. Şeyx Nimrin oğlu Muhəmmədin sözlərinə görə, bunun səbəbləri şiə əhalisinin qorxudulması və mətbuatın satqın olmasında gizlənir.

KİV-lərin bunu işıqlandırmamasının bir neçə əsas səbəbi var. Birincisi etibarlı məlumatların olmamasıdır. Axı, hakimiyyət Əvamiyyəyə getməyi qadağan edir. İkincisi qəsəbənin özündə qalan insanların qorxudulmasıdır. Onlar mətbuatla əlaqə saxlamaqdan qorxurlar, çünki öz təhlükəsizliklərinə görə ehtiyat edirlər. Üçüncü səbəb isə bir çox KİV-lərin sadəcə olaraq Səudiyyə Ərəbistanına satılmasından və təbliğat məlumatları yayaraq ona xidmət etməsindən ibarətdir. Krallıqda həqiqətə çatmaq qeyri-mümkündür, çünki hakimiyyət daima yalan danışır və öz hərəkətlərinə bəraət qazandırmaq üçün saxta hekayələr uydurur.”, - deyə Muhəmməd ən-Nimr bildirib.

Üstəlik o qeyd edib ki, Əvamiyyə Səudların siyahısındakı yeganə şiə yaşayış məntəqəsi deyil və oxşar “təmizləmələr” digər yerlərdə də başlaya bilər.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı bir çox Qərb ölkələrinin müttəfiqidir, hətta Donald Tramp da ABŞ Prezidenti kimi ilk xarici turnesi zamanı Səudiyyə Ərəbistanını ilk səfər edəcəyi ölkə seçib.

Bundan başqa, rəsmi Vaşinqton Barak Obama dövründə krallığa silah tədarükünün edilməsinə dair razılaşmaların dondurulmuş müzakirəsini yenidən başladıb. Bu danışıqlar isə ABŞ-a böyük məbləğdə pullar gətirə bilər.

 

Hüquq-müdafiəçiləri susurlar

 

Hüquq-müdafiə təşkilatları da Səudiyyə Ərəbistanındakı vəziyyətin həyacanlılığını göz ardı etməyi üstün tuturlar. “Human Rights Watch”, “Amnesty International”, BMT-in İnsan Haqları üzrə Ali Komissarının İdarəsinə məsələ ilə bağlı müraciət edilsə də cavab gəlməyib.

Hələ ki, yalnız UNESCO “hay” verərək, bu məsələni tədqiq etməyə söz verib.


“İnsanlar qorxu içərisində yaşayır”: Şeyx Nimrin vətənində baş verən Səud zülmü - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ