EURO 1,9775 TRY 0,2217
USD 1,7 RUB 0,0217
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:31.01.2020 11:56:24

Yəməndəki İngiltərə səfiri Maykl Aaaron al-Hads televiziyasına verdiyi müsahibədə Britanıyanın mövqeyini bir daha sərgiləyib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İngiltərənin Yəməndəki səfiri Səudiyyə Koalisiyası və Londonun “Ənsarullah” hərəkatının Yəməndə bir Hizbullaha çevrilməsini qəbul etmədiyini və Səudiyyə ilə bu mövzuda tam olaraq eyni siyasət yeritdiyini etiraf edib.

Yəməndəki İngiltərə səfiri Maykl Aaaron al-Hads televiziyasına verdiyi müsahibədə “Yəmən mövzulu təşkil olunacaq bir iclasda Təhlükəsizlik Şurası üzvləri üçün 3 mövzu önəmlidir; Nohomdakı qarşıdurmaların dayandırılması, Səudiyyə və Husilər arasındakı atəşkəsin yenidən bərpa edilməsi və Riyad sazişinin həyata keçirilməsi.”, -deyə bildirib.

 İngiltərə səfiri Yəməndəki davamlı müzakirələrə təcili ehtiyac olduğunu vurğulayaraq Səudiyyənin Hizbullah və Yəmənə qarşı ittihamlarını təkrarlayıb: “Koalisiya və İngiltərə, Husilərin Yəməndə başqa bir Hizbullaha çevrilməsini qəbul etməməkdədir; mövqeyimiz açıqdır. Yəməndə görüşəl şey bir çevrilişdir. 2216 qərarını yazdıq, tərəfsiz deyilik. Yəmənin konstutisyon hökümətini (Yəmənin devrilmiş höküməti) rəsmi olaraq tanıyırıq.”

Bu arada BMT-nin Yəmən üzrə xüsusi təmsilçisi Martin Griffiths Yəməndəki tərəfləri gərginliyi azaltmağa və qarşıdurmaları sülh yolu ilə əvəz etməyə çağırıb.

 Keçən həftə Yəmənin devrilmiş hökümət gücləri Sanaya hücum etsə də, Yəmən xalq gücləri onları geri otuzdurmağa müvəffəq olub. Həmçinin Yəmən Ordusu bir neçə gün öncə Səudiyyənin hücumlarına cavab olaraq “Aramco” neft bazalarını, hərbi bazası və hava limanını hədəfə almaqla səud koalisiyasını böyük itkilərlə qarşı-qarşıya qoydu.


İngiltərədən vəhabi krallığa tam dəstək: Yəməndə Hizbullaha çevriləcək Ənsarullahı istəmirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ