1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:14.06.2017 14:12:53

“Bax budur həqiqi İslam, KİV-lər sizə həqiqi İslamı yox, ancaq saxtasını göstərərlər.”

İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, yaralı təqaüdçü ingilis nənənin əlindən tutan müsəlman xanımın şəkili həqiqi İslam dəyərlərinin təcəssümü kimi sürətlə sosial şəbəkələrdə yayılıb.

Şəkildə görünür ki, müsəlman xanım avtobusun döşəməsinin üzərində uzanan yaşlı qadının yanında duraraq təcili tibbi yardımın gəlməsini gözləyir.

Şəkili ilk olaraq sosial şəbəkəyə yerləşdirən Həmzə Bəkri adlı şəxsin sözlərinə görə, təqaüdçü nənə bədbəxt hadisə zamanı xəsarət alıb: onun başı avtobusun qapısı ilə tutacağı arasında qalıb.

“Müsəlman xanım qadının əlindən tutub və təcili tibbi yardım gələnədək 20 dəqiqə ərzində ona ürək-dirək verib.”, - deyə Bəkri şərh edib.

“Bax budur həqiqi İslam, KİV-lər sizə həqiqi İslamı yox, ancaq saxtasını göstərərlər.”, - deyə o əlavə edib.


İngilis nənəyə yardım edən müsəlman xanımın şəkili internetdə “gurultuya” səbəb oldu - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Muhəmməd Husi xalqı döyüş cəbhələrinə səsləyib
    Yəmənin Ali İnqilab Komitəsinin sədri xalqdan, müharibə cəbhələrini doldurmağı istəyib.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ