EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:06.09.2017 13:02:52

"Əhali bilməlidir ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi və müqavimət göstərə bilməməsidir"

"Sağlam orqanizmlərin heç də hamısı hava dəyişkənliyinə eyni reaksiyanı vermir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir: "Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir. Bəzən kimsə şikayət edir ki, dayandığım yerdə başım gicəllənir. Yaxud bəzən görürsən ki, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır, nəticədə ağciyər sıxılır və təngnəfəslik artır. Əhali bilməlidir ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi və müqavimət göstərə bilməməsidir".

Y.Qurbanov deyib ki, bəzən infarkt, insult keçirən insanlar istirahət üçün öz yaşadıqları ərazidən uzaq yerə gedirlər: "Amma bilmək lazımdır ki, belə insanların olduqları yerdən uzağa getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəflətən yüksələ və təhlükə yarana bilər".
"Alimlərin apardığı tədqiqatlar göstərib ki, yol qəzalarının əksəriyyəti havanın həddən artıq isti və ya soyuq vaxtı qeydə alınır. Temperatur azalanda və çoxalanda bütün orqanların funksiyaları dəyişir və bu da hadisələrin baş verməsinə səbəb olur. Halbuki yağışlı-dumanlı havada belə hallar daha az qeydə alınır", - baş terapevt əlavə edib.


İnfarkt, insult keçirən insanların diqqətinə - Həkimdən istirahət xəbərdarlığı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ