EURO 1,884 TRY 0,2966
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:05.07.2019 09:49:03

Nazir qeyd edib ki, şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub

“Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkədə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub, yəni 12268 şəhiddən 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsi ödəmə ilə təmin edilib.

S.Babayev bildirib ki, bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

O əlavə edib ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkə üzrə əməkhaqqı fondu 18, o cümlədən dövlət sektorunda 15, qeyri-dövlət sektorunda 21 faiz yüksəlib: “Muzdla işləyən işçilərin sayı isə 7 faiz və ya 95,6 min, o cümlədən dövlət sektorunda 3,4 faiz və ya 29 247, qeyri-dövlət sektorunda isə 12 faiz və ya 66 360 nəfər artıb. 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır”.


“İndiyədək 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsinə birdəfəlik ödəmə verilib” - Nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.
     22.08.2019
    Bakıda gənc qız ölümlə hədələnib
    Bu barədə polis xəbər verilib.
     22.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ