1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.05.2020 12:10:47

Rusiyada “immunitet pasportu”nun tətbiqi texniki cəhətdən mümkündür, çünki koronavirusa yoluxmuş şəxslər barədə məlumatlar artıq xüsusi bazada saxlanılır.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O qeyd edib ki, sistemdə COVID-19 diaqnozu təsdiqlənmiş insanlar haqda məlumatlar var. Bundan əlavə, bazaya pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirilənlər və onların ünsiyyətdə olduğu adamlar barədə də məlumatlar daxil edilib.

Bundan öncə Muraşko demişdi ki, yoluxmanın pik həddi keçildikdən sonra özünütəcrid rejimini və koronavirus profilaktikasını ləğv etmək olmaz. O, həmçinin əlavə edib ki, qadağaların götürülməsi müəyyən zaman tələb edəcək.

Mayın 3-nə olan məlumata görə, Rusiyada 134 mindən çox insanda koronavirus təsbit olunub, bunlardan 1280 nəfər dünyasını dəyişib, 16.6 min nəfər isə sağalıb.

Qeyd edək ki, bundan öncə “immunitet pasportları” məsələsi Avropada, xüsusilə Almaniya və Böyük Britaniyada gündəmə gəlib. "Deutsche Bank" tərəfindən aparılmış tədqiqatda deyilir ki, bu cür pasportlar vətəndaşların sağlamlığına dair bir dəlil olmaqla ölkələrin təhlükəsizliyinə zəmanət verəcək.

"Əgər bu texnologiya kifayət qədər tez bir müddətdə əldə olunsa, bu cür "immunitet pasportları" turizm və səyahətə kömək edə biləcək. Əks halda, səyahətə qoyulan qadağa əvəzinə, ölkəyə gəlmə zamanı məcburi özünütəcrid tədbirləri tətbiq edilə bilər", - tədqiqatın müəllifləri hesab edirlər.


İmmunitet pasportları reallaşa bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • QMİ-nin sədr müavini Qurban bayramının qeyd ediləcəyi günü açıqladı
    Azərbaycan Qurban bayramının vaxtı açıqlanıb.
     01.06.2020
    Paşinyan: Ailəmin bütün üzvləri məndən koronavirusa yoluxub
    Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
     01.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ