EURO 2,0024 NEFT 63,38
USD 1,7 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:16.05.2017 09:33:51

İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, rayonun Qızılkənd kənd sakini Məmmədağa Rüstəmov tərəfindən gümüş sikkələrin tapılmasından sonra əraziyə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunub.

Bir neçə gündür aparılan arxeoloji qazıntılar zamanı ərazidə qədim yaşayış məskəni aşkarlanıb. Burada müxtəlif əşyalar, insan skeletinin tapılması tarixi abidənin Makedoniyalı İsgəndərin dövrünə aid olmasından xəbər verir. İnsan skeletinin yanında saxsı qablar, heyvan sümükləri də tapılıb.

Bundan başqa, həmin ərazidə gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr və digər əşyalar aşkarlanıb.
Mütəxəssislərin Zilitəpə adlandırdıqları yaşayış məskəninin tarixi 2500 ilə gedib çıxdığı, həmin təpənin bundan əvvəl aşkar edilmiş Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi qədim yaşayış məskənləri ilə əlaqəsi olduğu bildirilir.

Qeyd edək, ki, mütəxəssislərin Zilitəpə adlandırdığı yaşayış məskəni 4 hektar ərazini əhatə edir.


İmişlidə qədim yaşayış məskəni aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər
    İŞİD-in üzvü olan 30 min xarici vəndaşdan 6 mini Afrika ölkələrindəndir
     11.12.2017
    Ramil Usubovdan yeni təyinat
    Daxili işlər orqanlarında yeni təyinat olub.
     11.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ