EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:30.03.2017 12:26:55

Beşinci imam həzrət Məhəmməd Baqir (ə) 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəlib...

Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər.
Atası həzrət Səccad (ə), anası isə imam Həsənin (ə) qızlarından sayılan Fatimə idi. O həzrətin (ə) nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır.
İmam həzrət Məhəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.
Bir gün darfikirli insanlar o həzrəti tənqid edərək; baban Ó˜li (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən? — deyə söylədilər. O həzrət (ə) isə onların cavabında belə buyurdu: "O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, imam Ó˜li (ə) də ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur".
O həzrətin ədəb və tərbiyəsi haqqında belə yazıblar:
«Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». İmam Məhəmməd Baqir (ə) heç vaxt əsəbiləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur:
«Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».
İmam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.
O həzrətin çoxlu bağ və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edənə malik idi.
Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.
Şeyx Müfid İmam Məhəmməd Baqir (ə) haqqında belə yazıb: «O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Biri ilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünni alimlərindən olan İbni Həcər o həzrətin əxlaqı barədə yazır: «İmam Məhamməd Baqir (ə) səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm».
O həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: «Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Ó˜rz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: «Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhmət etsin».
Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi həzrətin göz yaşlarından islanmışdı.»
Yalançı şəxsiyyət sayılan Məhəmməd ibni Münkədir belə demişdir: İmamın çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, həzrət dünya malına aşiqdir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərləmiş görüb qabağına gedərək salam verdim və dedim:
«Ey Peyğəmbərin (s) oğlu, niyə bu qədər dünya malının dalıncasan? Ó˜gər bu vəziyyətdə ölsən, nə edərsən?»
İmam (ə) buyurdu: «Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün işləyirəm. Ó˜gər Allah bu vəziyyətdə mənim canımı alsa, çox sevinərəm. Çünki Ona ibadət və itaət halındayam». Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O həzrətdən üzr istəyib dedim: Mən sizə nəsihət vermək istəyirdim. Halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız».

Kuleyni isə o həzrətin haqqında belə yazıbdır: «İmamın dostlarından bir dəstə belə deyirlər: Günlərin bir günündə imamla görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, həzrət çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. «Ó˜gər bu uşaq ölsə, imamın başına nə gələr» - deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı günü halını soruşmaq üçün həzrətin mənzilinə təkrar gəldikdə imamı xoşhal gördük. «Yəqin Allah lütf edib uşağı sağaldıb. İmam da buna görə xoşhaldır» - deyə düşündük. Lakin məlum oldu ki, uşaq ölüb. Biz imamdan «nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız» - deyə soruşduqda imam cavabımızda belə buyurdu: «Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması üçün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtarmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun rizayəti naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik.»

Sonda İslamazeri.az-ın kollektivi bu müqəddəs gün münasibətilə bütün müsəlman əhlini başda zamanımızın imamı İmam Zaman (ə.f.) olmaqla təbrik edir.


İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ