EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.05.2017 20:44:40

Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Siddiqi olub.

İslamazeri.com-un “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, ölkədə keçiriləcək olan prezident seçkilərinə toxunan imam cümə deyib: “Namizədlərə və seçkilərdə fəaliyyət göstərən məmurlara ilk tövsiyəm qanuna əməl etməkdir. Ölkənin icraçı sisteminin ilk vəzifələri məhrumlara əl tutmaqdır. Namizədlər təbliğatlarında haşiyələrə çıxmasınlar. Həqiqətlə bağlı çıxış etsinlər. Bizdə işsizlik, kasıbçılıq, problemlər var. Namizədlər bu problemlərin həlli barədə xalqa söz versin. İkinci tövsiyəm milli müstəqillik və iqtidarın qorunmasıdır. Xalqımız bu inqilabı başucalıqla sona çatdırıb. Savakdan qorxmayıb, 10 il nüvə məsələlərilə bağlı işlər görüb və yorulmayıb, müharibəni uğurla sona çatdırıb. Xalqı Şərq və ya Qərbdən qorxudan namizəd həm inqilabı ruhiyyədən uzaqdır, həm də xalq və dinlə fasiləsi var. Bu milləti alçaltmaq olmaz. Biz, “ABŞ-ı ayaqlarımız altında əzərik” deyən imamın davamçılarıyıq. Biz iqtidarımızla diriyik. Biz düşmən müqabilində iqtidarla dayanmış və onlara qələbə çalmışıq. Bura şəhidlər və İmam Zaman (ə) ölkəsidir.”

Növbəti tövsiyəsini milli təhlükəsizliklə bağlı olduğunu deyən höccətül-islam Siddiqi bildirib: “Tayfa, dil və qrup fərqliliklərini qabartmamalıyıq. Bu iş milli təhlükəsizlik və hikmətli siyasətə ziddir. Bizim həm qeyrətli Azərbaycanımız var, həm də şücaətli Bəluçistanımız. İran xalqı hamı birlikdədir. Fərqliliklər mövcud deyil. Biz həssaslıq yaratsaq bu nə Allaha xoş gedər, nə də bizim xeyrimizə olar. Şərqdə olan qardaşlarımız kasıbçılıqdan əziyyət çəkir və bu səbəbdən meydana gəlmiş narkomaniyadan şikayət edirlər. Namizədlərdən gözləntimiz budur ki, əxlaq və etik normalara diqqət etsinlər. Sözlərimizin gündəm yaratdığını bilək. Həm axirət, həm bərzəx, həm ictimai, həm də siyasi gündəm. Prezident seçilmək istəyən sözü ilə hamıya hücum etməlidirmi? Müqəddəslərlə qarşı qarşıya durmalıdırmı? Biz dünyanı razı salmaq istəyirik. Vallah onlar sizdən razı olmayacaqlar. Onlar bizim düşmənimizdir. Söhbətlərinizdə Allahı xatırlayın, xalqı sıxıntıya çəkməyin. Prezidentlik bir əmanətdir. Xalq öz səsiyə beytul malı sizə tapşırır. Bu səbəbdən xalqımız çox diqqətli olmalıdır.”

UNİSEF tərəfindən dövlətə təklif olunan və məmurlar tərəfindən gizli şəkildə qəbul olnan təhsillə bağlı 2030 sənədi barədə də fikirlərini bölüşən imam cümə  “Təəssüf olsun ki, bu sənəd səssiz və yavaşca qəbul olundu. Rəhbərimiz bunu qınadı. Qınamamışdan öncə də cənablara bu işin yanlış olduğunu demişdi. Biz müsəlmanıq, bizim Quran və fiqhimiz var, bizim risaləmiz, əxlaq və mədəniyyətimiz var. Fəsad əhli olan bir neçə ölkənin bizim təlim və təhsil sistemimizə xətt vermələri qəbul olunmazdır. Niyə İnqilabın Mədəni Ali Şurası səssiz qalıb? Niyə işin bu yerə çatmasına imkan verdilər ki, Rəhbərimiz özü müdaxilə etməyə məcbur qalsın? Məmurlarımız ölkədə baş verənlərdən xəbərsizdirlərmi? Övladlarımıza İmam Hüseynə məxsus süd verməmişikmi? Onları bu süfrədə oturtmamışıqmı? Bu məsələlər gözümüzü bağlayıb, “eybi yox” deyəcəyimiz məsələlərdən deyil. Bu yanlışdır.”, -deyə qeyd edib.

HƏMAS-ın yeni siyasi sənədinə də toxunan höccətül-islam Siddiqi deyib: “HƏMAS-la bağlı bu təəssüf edici xəbəri eşitdik. Sanki onlar geri çəkilib və sərhədləri qəbul ediblər. Qəsbkar, uşaq qatili, evləri viran edən, xalqı məhv edən düşməni rəsmi olaraq tanıması təəssüf doğurandır. Cihadi qruplar və Fələstin xalqı bunu qəbul etməyəcəkdir. Qeyrətli “Hizbullah” da bu məsələni qınadı.”

Müxətlif ölkələrdə anti-şiə fəaliyyətlərin davam etdiyini deyən imam cümə “Ayətullah İsa Qasim hələ də Bəhreyn rejimi tərəfindən mühasirədədir. Allaha şükür ki, xalq ayağa qalxıb və qeyrətli və mömin xalq ona qarşı olan mühakimələrin qondarma olduğunu sübut etdi. Bəhreyn rejimi nə vaxt oyanacaq? Zalım Ərəbistan həmçinin cinayət törətməyə davam edir. Dünya tamaşa etməyə davam edir, beynəlxalq təşkilatlar, ərəb dünyası və İslam Konfrans təşkilatı da sükutla yola verirlər. Azərbaycan Respublikasında da məzhəblə bağlı ciddi məhdudiyyətlər qeydə alınır",  - deyərək bəzi İslam ölkələrində qeyri qanuni həbsxanaların fəaliyyət göstərdiyini bildirib.


İmam cümə Ruhani hökümətini tənqid etdi, Bəhreyn və Azərbaycandan danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - VİDEO
    Davaya səbəb kimi Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması göstərilir.
     20.09.2017
    Azərbaycanda bal yarmarkası keçiriləcək
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ