EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:16.06.2017 15:38:49

Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub.

İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, sözlərinin əvvlində İmam Əlinin (ə) şəhadətinə işarə edən Ayətullah Kermani bildirib: “O həzrət insanların ən yaxşısı idi. Hamının ona ehtiyacı var idi, o isə hamıdan ehtiyacsız idi. İmam Əli (ə) islam hakimiyyəti üçün özəlliklər təyin edib. Hakimiyyətimizin islami olub-olmadığını ölçmək istəyiriksə bu məsələlərə diqqət etməliyik. Onlardan biri xalqa rəhm etməkdir. Məmurlar məhrum təbəqənin dadına çatmalıdır. Məmurun tox yatıb, ətrafında ac insanların olması çox pis haldır. Məmurlarımız tənqidə açıq olmalı və haqq sözü qəbul etməlidirlər. İnsanlara məsuliyyət tapşırdığımız zaman diqqətli olmalıyıq. Onları ilk öncə yoxlamalıyıq. Öz meylimizə uyğun kimisə posta təyin etməməliyik, bu xəyanətdir. Məmurların gizli adamları olmalı və onlar üçün casusluq etməlidir. Məmurlar işçilərin beytulmala nə qədər sadiq qaldığını yoxlamalıdırlar. Xəyanət baş verdiyi zaman onu cəzalandırmalı və xain adlandırmalıdır".

İmam cümə daha sonra "Səkkiz il öncə ölkədə fitnəyə səbəb olanlar öz imtahanlarını veriblər. Onların hakimiyyətdə yeri yoxdur. Rəhbərimizin də dediyi kimi, ABŞ bizim böyük düşmənimizdir və onlara aldanmamalıyıq. ABŞ-a güvənmək olmaz. Bizim fəqihin hakimiyyətinə dəstək verdiyimiz zamanlarda ABŞ-ın bizə gülümsəməyinə aldanmayın. Onlar bizi aldatmaq niyyətindədirlər. Bütün ümidiniz cavanlara və daxili qüvvələrinizə olsun.”, -deyə əlavə edib.


İmam cümə: Məmurun tox yatıb ətrafında ac insanların olması çox pis haldır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ilə kürdlər arasında mühüm razılıq: Ordu Mənbicə girir
    Suriya ilə kürdlər arasında mühüm razılıq əldə olunmasıyla bağlı xəbərlər yayılıb
     25.02.2018
    Azərbaycanda tələbələrin təqaüdləri artırılıb
    Azərbaycanda tələbələrin təqaüdləri artırılmasıyla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ