EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.10.2019 15:02:01

Tehranın bu həftəki İmam cüməsi Ayətullah Əhməd Xatəmi olub.

İslamazeri.com "mehr" agentliyinə istinadən xəbər verir ki, Tehranın bu həftəki İmam cüməsi Ayətullah Əhməd Xatəmi olub.

Xütbəsində Ərbəin yürüşünə süni əngəllər yaratmaq istəyən qüvvələri hədəfə alan İmam cümə deyib: "Ərbəin yürüşü mərasimi ilə düşmənləri qızışdırmaq üçün addımlar atılır. Onlar İraqda təşkil olunacaq geniş səviyyəli yürüşü əngəlləmək üçün hər cür pisliyə əl atdılar. Ancaq göydən daş və güllə yağsa belə İmam Hüseynin aşiqləri bu mərasimə qatılacaqlar."

Ayətullah sözlərinin davamında "Bu mərasim təkcə şiələr üçün deyil, İslam Dünyasının beynəlxalq səviyyədki yürüşüdür, İmam Hüseyn eşqi Hüseyn eşqi şiələrlə məhdud deyildir.", -deyə əlavə edib.

İmam Cümə İraqdakı son olaylara işarə edərək sözlərinə belə davam edib: "İraq baş nazirinin dediyi kimi, etirazçılar haqlıdırlar. Lakin İraq düşmənləri edilən etirazlardan istifadə etmək istədilər və xalqı Ərbəin mərasiminə qatılması üçün qorxutmağa çalışdılar, amma müvəffəq olmadılar."

Türkiyənin Suriyaya başlatdığı əmaliyyata da işarə edən Ayətullah Xatəmi "Türkiyənin hərəkatı suveren bir dövlətə hücum mənasını verir. İran İslam Respublikasının mövqeyi tövsiyə etməkdir. İran bu əməliyyatların durdurulması və Türk güclərinin Suriyadan çıxması çağrışını etməkdədir.", -deyə bildirib.

İmam cümə rəsmi Ankaraya xitabən deyib: "Amerikanın əlaltısı olan Səudiyyə Ərəbistanı onu dinləyərək Yəməndə bataqlığa girdi. Türkiyə, Amerikanın tələsinə düşməmək üçün diqqətli olmalıdır. ABŞ güclərini Şimali Suriyadan çəkdikdən sonra, Türkiyə güclərini ora yerləşdirmək istəyir. Türkiyə yeni bir bataqlıq yaratmaması üçün ehtiyatlı bir şəkildə davranmalıdır."


İmam Cümə: Göydən daş və güllə yağsada ƏRBƏİN yürüşü baş tutacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ