EURO 2,0342 NEFT 56,71
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.07.2017 00:04:51

"Qüvvələrimizin sahib olduğu raketlər düşməni lərzəyə gətirdi."

Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub.

İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, sözlərinin əvvəlində Mosulun azadlığından danışan imam-cümə deyib: “Bu qələbənin mesajı budur ki, məzlum cəmiyyətlər zalımlar önündə müqavimət göstərərsə Allah da onlara dəstək olacaqdır. İraq polisinin elan etdiyi kimi, şəhərin azadlığı əməliyyatında mindən çox təkfirçi öldürülüb, onlarla bomba quraşdırılmış maşın zərərsizləşdirilib. Ümumi olaraq isə 28 min İŞİD üzvü öldürülüb, 4 mini saxlanılıb. Bu terrorçuların içində 56 ölkənin vətəndaşları mövcuddur. 9 mini Asiyadan, 3 mini Səudiyyə Ərəbistanından, 4 mini Tunisdən.”

ABŞ-ın günbəgün zülmlərini artırdığını deyən Ayətullah Kermani bildirib: “Dünya xalqlarının qatillərini və İsraili dəstəkləmək ABŞ üçün adidir. Digər tərəfdən sanksiyalarını da artırır ki, bu da təəccüblü deyil. ABŞ-ın mahiyyəti çirkindir. Təəccüblüsü budur ki, bəzi qəlbi xəstələr Amerikanın güclü olduğunu və İranın bu rejimlə mübarizə apara bilməyəcəyini deyir. Onlar müqavimətdən əl çəkməyimizi və müzakirələrə üz gətirməyimizi istəyirlər. Bu şəxslər ya Quranın qəti vədələrindən xəbərsizdirlər, ya da inanmırlar. Qələbə Allahın əlindədir. Bu şəxslər və dünya bilsin ki, biz güclü iqtidara və rəhbərə sahibik. Putin hava limanından birbaşa olaraq Onun görüşünə gəldi. Bizim silahlı qüvvələrimiz yorulmaz, güclü, zəhmətkeşdir. Qüvvələrimizin sahib olduğu raketlər düşməni lərzəyə gətirdi.”

Dünyanın məzlum xalqlarının gözünün İranda olduğunu deyən imam-cümə bildirib: “ABŞ xəta edərsə, dünyada Amerika üçün sağlam yer qalmayacaq. ABŞ elə düşünür ki, iqtisadi təzyiqlərlə xaqımızı yoracaq və hakimiyyətin önünə çıxaracaq. ABŞ-ın xəbəri yoxdur ki, bu xalq 36 il yorulmadan müqavimət göstərir və hər bir təzyiqə dözür. Xalqımızın ABŞ-a və müttəfiqlərinə bir qram da olsun güvəni yoxdur, ABŞ-ın xəyanətlərindən xəbərdardır. Nüvə razılıqlarında sanksiyalar ləğv olunmalı idi, lakin artırıldı.”


İmam-cümə: Bəzi qəlbi xəstələr Amerikanın güclü olduğunu və İranın bu rejimlə mübarizə apara bilməyəcəyini deyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistanlı ruhanilər: Məhərrəm mərasimləri bütün məzhəblər üçün açıq olmalıdır
    Pakistanın Şiə Alimləri Şurası yerli hökumətə müraciət edib.
     22.09.2017
    Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə rəsmi münasibət
    "Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi".
     22.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ