1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.09.2019 11:04:26

Sentyabrın 7-də REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr keçirilib

Sentyabrın 7-də REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr keçirilib. Partiya sədri İlqar Məmmədov seçici iştirakçılığından danışıb, sualları cavablandırıb. O, daha çox indiyəqədərki seçki və referendumlarda müxalifətin boykot qərarı qəbul etməsini tənqid edib. Bu qərarların doğru olmadığını deyib. Onun fikirincə, boykot qərarları heç də sonda müxalifətin istəklərinə cavab verməyib. İlqar Məmmədova görə, boykot edilən hər seçkidən sonra hakimiyyətin beynəlxalq aləmdə təcrid olunacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb və hər şey əksinə olub.

"Kim təcrid olunub, belə təcrid olunur. Azərbaycan prezidenti dünya rəhbərləri tərəfindən qəbul olunur, Azərbaycan parlamenti beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Belə təcrid olar. 2015-ci ilin parlament seçkiləri, 2018-ci ilin prezident seçkisi, 2016-cl ilin referendumu yenə baykot. Ümumiyyətlə 2002, 2009, 2016-ci illərdə 3 dəfə referendum keçirilib üçünü də müxalifət boykot edib. Hansı biri nəticə verib, hansı biri hansısa irəlləyişə gətirib çıxarıb."

Partiya sədri hesab edir ki, əslində hər boykotdan sonra hakimiyyət öz planlarını daha rahatlıqla həyata keçirir.

İlqar Məmmədov hesab edir ki, keçirilən bütün referendumların kökündə monarxiya təməllərinin möhkəmləndirlməsi, bunun əksinə olaraq cümhuriyyət ənənələrinin zəiflətmə əsas xətt kimi götürülüb.

"Ona görə deyirəm ki, boykot mübarizə üsulu deyil"

Əgər hakimiyyət demokratik seçki mühiti yaratmayacaqsa...?

Müzakirələrdə REAL sədrinə belə bir sual ünvanların: Əgər hakimiyyət ölkədə demokratik seçki mühiti yaratmayacaqsa onda bu mühiti kim yaratmalıdır?

Partiya sədri deyib ki, əgər hakimiyyət xoşməramlı olsaydı bu ölkədə seçki mühitini yaradardı, yox əgər bunu etmirsə onda bu işi müxalifət görməli, heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını alağa çalışmalıdır."Seçki təkcə sərbəst toplaşma azadlığı və ya digər bu kimi azadlıqlardan ibarət deyil. Müxalifət heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını almalı. Deməlidir ki, bu dəfə gedim görüm bəlkə nəyəsə nail olmaq olar , yoxsa hər dəfə boykot və onsuz da seçkidə heç nəyə nail olmaq olmaz və ya onsuz da Məzahir Pənahov və ya Güləfruz xala nə isə edəcək. Əlbəttə onda uduzacaqsan..."

Hakimiyyət 2016-cı il referendumunu niyə asanlıqla keçirə bilib?

İlqar Məmmədov bunu da müxalifətin referendumdan bir il əvvəlki seçkilərlə bağlı qəbul etdiyi boykotla əlaqələndirir.(AzadlıqRadiosu)


İlqar Məmmədov: Boykot, boykot...indiyəcən hansı nəticə verib?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     18.10.2019
    ƏRBƏİN YÜRÜŞÜNDƏN FOTOLAR -2
    İslamazeri.com xəbər verir ki, Əhlibeyt aşiqlərinin Ərbəin yürüşü artıq bir neçə gündür başlayıb. Zəvvarlar Kərbəlaya doğru yaxınlaşırlar.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ