EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:09.09.2019 19:00:02

"14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız iki və ya üç ad günümü yığmada qeyd etməmişəm".

"14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız iki və ya üç ad günümü yığmada qeyd etməmişəm".

Oxu.Az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

Bu gün 34 yaşı tamam olan "Real"ın mərkəz yarımmüdafiəçisi ad gününü Bakıda Xorvatiya millisinin qaldığı hoteldə qeyd edib. Onun üçün məxsusi tort hazırlanıb.

O, qeyd edib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olacaq: "Ad günüm oldu-olmadı, üç xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Jurnalistlərin "Davor Şuker, Dario Srna və başqa bir neçə sabiq xorvat ulduz karyerasını 34 yaşında bitirib. Siz də buna hazırlaşırsınızmı" sualına Modriç belə cavab verib: "Yığmada oynamaqdan xoşum gəlir və bunu bacardığım qədər davam etdirəcəyəm. Dünya çempionatından sonra çoxları deyirdi ki, millidən getməyim üçün ən ideal vaxtdır. Amma mən bu cür hiss etmirdim".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq. Bu, Modriçin 124-cü matçı olacaq.

Xatırladaq ki, Luka Modriç Xorvatiya ilə dünya çempionatının gümüş medalını qazanıb. O, ötən il Rusiyada keçirilmiş mundialın Qızıl topunu qazanmaqla yanaşı, FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.


İlin ən yaxşı futbolçusu Bakıda ad gününü qeyd etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ