EURO 2,1335 NEFT 64,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:06.12.2017 11:50:41

2017-cı ilin ən güclü klub məşqçisinin adı müəyyənləşib.

İslamazeri.com Apasport.az-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi Madrid "Real"ının çalışdırıcısı Zinəddin Zidan olub.

Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda əksəriyyət Zidana üstünlük verib. Fransalı mütəxəssis 326 xal toplayıb. O, ən yaxın izləyicisi olan Massimiliano Alleqrini 256 xal qabaqlayıb. Üçüncü yerə isə digər italiyalı məşqçi Antonio Konte layiq görülüb.

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev ilin ən güclü klub məşqçisinin adını düz tapıb. Onun ikinci yerə layiq gördüyü Konte üçüncü olduğu halda, üçüncü pillədə göstərdiyi Xosep Qvardiola dördüncü yerdə qərarlaşıb.

1. Zinəddin Zidan ("Real" Madrid) - 326 xal
2. Massimiliano Alleqri ("Yuventus") - 70
3. Antonio Konte ("Çelsi") - 66
4. Xosep Quardiola ("Mançester Siti") - 47
5. Leonardo Yardim ("Monako") - 46
6. Dieqo Simeone ("Atletiko") - 33
7. Joze Mourinyo ("Mançester Yunayted") - 32
8. Maurisio Poçettino ("Tottenham") - 26
9. Peter Boş ("Ayaks" / "Borussiya" Dortmund) - 18
10-11. Unai Emeri (PSJ) - 13
10-11. Marsello Qallardo ("River Pleyt") - 13
12. Ralf Hasenhütl ("Leypziq") - 6
13. Yurgen Klopp ("Liverpul") - 3
14. Karlo Ançelotti ("Bavariya") - 2
15. Serjio Konseysao ("Nant" / "Porto") - 1


İlin ən güclü klub məşqçisi müəyyənləşdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ölkədə çaylardakı vəziyyət açıqlandı
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son 10 gün üzrə çaylarda sululuq səviyyəsini açıqlayıb
     18.02.2018
    Qadınlar bunu təkrar etməsin; Pəncərəni silən
    "Alpinist" ev xanımı internetdə məşhurlaşıb. Rusiyada bir qadın eyvanın pəncərələrini silmək üçün həyatı ilə risk edib. O, heç bir sığorta olmadan 5-ci mərtəbənin eyvanının kənarına çıxıb.
     18.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ