EURO 2,0063 NEFT 58,18
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:11.08.2017 16:01:44

Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Əziz Ramil. İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.
Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.
Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram”.


İlham Əliyev dünya çempionu Ramil Quliyevi təbrik etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX işçi axtarır
     19.10.2017
    Astanda növbəti Suriya danışıqlarının vaxtı açıqlanıb
    Qazaxıstan XİN-nin açıqlamasında görüşün 30-31 oktyabrda keçiriləcəyi bildirilib.
     19.10.2017
    Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir - RƏSMİ
    Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ