EURO 1,9671 NEFT 75,46
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:02.06.2017 16:04:50

Bu gün "Qasım bəy" məscidində Hacı Samir Ağayevin İmamətliyi ilə Cümə mərasimi keçirilib.

İslamazeri.com xəbər verir ki, günorta namazlarından sonra ilahiyyatçı Peyğəmbərlərin möcüzələrindən söhbət açıb.
İmam-camaatı Samir Ağayev əsasən möcüzə ilə sehir arasındakı fərqi izah etməyə çalışıb.
""Mən peyğəmbərəm, Allah tərəfindən sizi hidayət etmək üçün göndərilmişəm" - deyən hərkəsə inanmaq olarmı? Əlbəttə ki, xeyr, hərkəsə inanmaq olmaz. Onların əlində mütləq sübut, dəlil olmalıdır. O sübut dəlillərdən biri də möcüzə idi. Hər bir peyğəmbər gələndə əlində sübut, dəlil, höccətlə gəlir. Sadəcə, fərqli-fərqli höccətlər və möcüzələr. Bəzilərinə birbaşa Allah özü verir ki, "Xalqına bunu de! Bu möcüzəni göstər!". Bəzən möcüzəni sehir adlandırıblar, lakin bunlar fərqlidir. Sehirkar hazırlaşır, məşq edir, öyrənir, ancaq bildiyini göstərir. Sən başqa şey tələb etsən, onu edə bilməz. Amma möcüzə odur ki, həmin o kəs bilmir, sən nə istəyirsən, xalq özü istəyir ki, bizə bunu göstər, xalqın istədiyini əgər yerinə yetirsə, bu, olur möcüzə. Lakin açıq-aşkar möcüzədən sonra bəhanə yeri qurtarır, möhlət azalır" - ilahiyyatçı bildirib.
Xətib qeyd edib ki, İslam peyğəmbərinin (s) möcüzəsi Qurani-Kərimdir: "Əvvəlki möcüzələr hissi və ya fiziki olurdu, lakin sonuncu Peyğəmbərin (s) möcüzəsi isə əqli möcüzədir. Allah təbarək və təala Qurani-Kərimi göndərib ki, insanlar düzgün şəkildə yaşasınlar. Quran və Əhlibeyt peyğəmbərin (s) insanlara əmanətidir. Təkcə namaz qılıb, oruc tutmaqla Qurana itaət etmək olmur. Onlar Quranın bir tərəfidir, müqəddəs kitabın buyuduqlarına gərək kamil şəkildə - ictimai-sosial qanularının hamısına itaət edilsin".
Sonda ilahiyyatçı Mübarək Ramazan ayının fəzilətlərindən danışıb və dualar ilə söhbətini yekunlaşdırıb.


İlahiyyatçı: Təkcə namaz qılıb, oruc tutmaqla Qurana itaət etmək olmur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Mahmudov:
    "Neftçi” klubunun futbolçusu Emin Mahmudov komandanın rəsmi saytına müsahibə verib.
     20.06.2018
    Əməliyyatlarına cavab olaraq İsrailə 45 raket və minamyot zərbəsi tuş gəldi
    Dünən gecə saatlarında İsrailin nəzarətində olan ərazilərə Qəzzadan 45 raket zərbəsi endirilib
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ