EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.03.2019 01:40:45

Ruhullah Novruzzadə özü olanlar haqda qısa məlumat verib

Xəbər verdiyimiz kimi 13 martda səhər saatlarında xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılmışdı. Onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilirdi. Saat 22:00 radələrində Ruhullah Novruzzadə İrana göndərilib.

Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadə bildirib.

Onun sözlərinə görə, saat 23:30-da Bakı - Tehran reysilə hərəkət edən təyyarəyə mindiriblər. 

"Artıq Quma çatıram. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Məni neytralda saxladılar və deportasiya olunan xarici vətəndaşlarla bir yerdə  saxladılar. Deport olunanlar kimi məni də təyyarəyə mindirib Tehrana göndərdilər.", -deyə Ruhullah Novruzzadə bildirib.

Ruhullah Novruzzadə ətraflı açıqlama verəcəyin qeyd edib.

Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıtmışdı. O ilahiyyatçı təhsilindən əlavə, Qum Universitetinin Hüquq Fakültəsində oxuyur.

Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən  ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.

Qeyd edək ki,  Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.


İlahiyyatçı Ruhullah Novruzzadə Azərbaycana buraxılmadı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: Alçaq, cavab verəcəksən!
    Ərdoğan terrorçu Brenton Tarranta səslənib.
     22.03.2019
    Ayətullah Xamenei: Avropa bizimlə pis, acı zarafat etdi
    İranın Ali lideri nüvə sazişi ilə bağlı danışıb.
     22.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ