1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.08.2019 11:29:50

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb, buraxılışda Prezident və vitse prezident, həmçinin Heydər Əliyevin hakimiyyətə gəlişi ildönmü, YAP-ın partiya təşkilatının iclası, Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət və s. diqqət çəkir...

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb.

İslamazeri.com xəbər verir ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Müraciəti, Azərbaycan Respublikasının Birinci vitre-prezidenti Mehriban Əliyevanın “Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib” başlıqlı yazısı dərc olunub.

Nəşrin ikinci və üçüncü səhifələrində  Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Əsrə bərabər 50 il”, həmçinin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın “Əbədiyaşar lider” başlıqlı məqalələri çap olunub.

Qəzetin 4, 5, 6 və 7-ci səhifələrində “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu haqqında yazılar yer alıb.

“İlahiyyatçı”nın iyul buraxılışında, həmçinin “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü”; “Azərbaycan İlahiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub”; “Milli Mətbuat Günü münasibətilə media nümayəndələri mükafatlandırılıb”; “İş həyatında sosial məsuliyyət və etik davranış qaydaları”; “Din araşdırmaları” jurnalının iyun sayı nəşr olunub”; “Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb”; “Müasir alman cəmiyyətində İslama münasibət”; “Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda”; “Tələbələrimiz Bursada “Yay məktəbi”ndədirlər”; “İlk magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib”; “İlahiyyat İnstitutunun müəllimləri Beynəlxalq Simpoziumda iştirak ediblər”; “Aİİ-də YAP-ın ərazi ilk partiya təşkilatının növbəti iclası”; “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət”; “Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub” başlıqlı məqalələrdə Azərbaycan İlahiyyat İnstitutu haqqında yazılar və xəbərlər dərc edilib.

 Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri qəzetdə “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə” başlıqlı silsilə yazılarda əksini tapıb. “Azərbaycan İlahiyyat İnstitutu İsmayıllıda” məqaləsində isə təşkil olunan görüş haqqında ətraflı məlumat verilib.

Mətbu orqanın müxtəlif səhifələrində, eyni zamanda, İnstitut əməkdaşlarının “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri...”; “İslam dinində dözümlülük ənənəsi: tarixi aspektlər”; “Din duyğusu fərdə və cəmiyyətə nə verir?”; “Azərbaycanın tarixi irsi: Qax rayonunda yerləşən Alban məbədləri”; “Şəhid jurnalistlərimiz”; “Azərbaycanın milli geyimlərinin bölgələr üzrə oxşar və fərqli xüsusiyyətləri”; “ başlıqlı məqalələri əksini tapıb.

Qeyd edək ki, qəzet öz məramını bu cür açıqlayır: “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.


“İlahiyyatçı” qəzetinin iyul buraxılışında...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ