1. http://www.islamazeri.com/
  2. SOSİAL ŞƏBƏKƏ

Kateqoriya : SOSİAL ŞƏBƏKƏ

Yayınlanma tarixi:15.02.2018 15:51:27

İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Azərbaycanın tanınmış ilahiyyatçı alimi Hacı Şahin Həsənli 14 fevralda Cəlilabadda Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət mərasimlərinə qatılıb. Mərasim izdihamlı olub və dindarlar ilahiyyatçı ilə görüşmək üçün növbəyə durublar. Bu haqda sosial şəbəkələrdə aşağıdakı kimi çox sayda videolar paylaşılıb.

İlahiyyatçının rəsmi saytı da bu haqda yazıb ki, "Cümə" məscidində keçirilən tədbirə cənub bölgəsinin müxtəlif rayonlarından gələn dindarlarla yanaşı, Cəlilabad rayon inanclıları, ağsaqqalları, seyyidləri və din xadimləri də qatılmışdı. Məclisin açılışı rayonun axundu Hacı Mahmud Əsgərovun qonaqları salamlaması ilə başlayıb. Daha sonra hacı İlkin Həsənzadə müqəddəs Qurani-Kərimin ayələrini tilavət edib.  Tilavətdən sonra ilahiyyatçı hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Tədbir Əhli-Beyt (ə) məddahı seyid Peyman Əsədovun növhə və mərsiyələri ilə başa çatıb.

 Məsciddə çıxış edən Ş. Həsənli həzrət Fatimənin (s) fəzilətindən danışıb. Daha sonra ilahiyyatçı son günlərdə davamlı danışdığı imanın qorunması mövzusuna toxunub. İmanın qorunması üçün şükr halı mühüm amil kimi qeyd olundu. Habelə, ibadətdən qürurlanmağın ictimai fəsadlara yol açmasına da işarə edildi.

 Sonda müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlər üçün dualar oxunub.


İlahiyyatçı Hacı Şahin Həsənli Cəlilabadda belə qarşılandı - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA
    "Hizbullah" lideri Nəsrullah İdlibə dair müqavilənin yaxşı və məqbul olduğunu deyib.
     22.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ