EURO 1,8484 NEFT 52,38
USD 1,7022 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:01.10.2016 15:44:34

"Silahla qanuni, seçilmiş hakimiyyətə hücum edən istənilən şəxs terrorçudur."

İslamazeri.az-ın "RT"-yə istinadən verdiyi xəbərə əsasən, keçmiş Böyük britaniyalı diplomat, politoloq Uilyam Mallinson ABŞ Dövlət Departamentinin ritorikasını analiz edib. Edilmiş bəyanatda (ritorikada) Rusiya ilə Suriyaya dair əməkdaşlıqdan imtina etməyə dair hədələr səslənib. Politoloq qeyd edib ki, hazırda Vaşinqton terrorçulara qarşı mübarizənin ancaq görünüşünü yaradır. Əslində isə terrorçuları öz müttəfiqləri vasitəsi ilə silahla təchiz edir. Mallinsonun fikrincə, Donald Tramp ABŞ-da qarşıdan gələn prezident seçkilərində qalib gələrsə Suriya münaqişəsi qısa zaman ərzində həll olunacaq.

"Rusiya hələ də Suriyada sülh və sabitliyə nail olmaq istəyir. ABŞ və onun müttəfiqlərinin bütün hərəkətləri isə ikili diplomatiyadır. Onlar yalandan özlərini elə göstərirlər ki, guya İŞİD-lə mübarizə aparırlar. Əslində isə terrorçuları silahlandırırlar. Özlərini elə göstərirlər ki, guya mülayim və qeyri-mülayim qruplaşmalar var, lakin bu öz-özlüyündə cəfəngiyatdır. Çünki silahla qanuni, seçilmiş hakimiyyətə hücum edən istənilən şəxs terrorçudur.", - deyə Mallinson qeyd edib.

O xatırladıb ki, bu yaxınlarda ABŞ, Böyük Britaniya və Danimarkanın hava zərbələri nəticəsində 63 suriyalı hərbi qulluqçu həyatını itirib. Bu terrorçuların xeyrinə olub. Böyük britaniyalı diplomatın fikrincə, hücum qəsdən edilib.

Bundan əlavə o ABŞ Dövlət Departamentinin bəyanatlarını da şərh edib. Bəyanatlarda deyilir ki, əgər Moskva Vaşinqtonun tələblərini yeri yetirməzsə, o zaman ABŞ Rusiyanı ilə Suriya üzrə əməkdaşlığı kəsməklə hədələyib. "Bu cür sözlər onlar tərəfindən çox isterik  səslənir, qeyri-professionaldır, qeyri-diplomatikdir. Bu bəyanat təhdidi xatırladır və Sergey Lavrovun  hərəkətləri ilə ziddiyyət təşkil edir. Rusiya xarici işlər naziri həqiqətən professional diplomatdır. Bu soyuq müharibə ritorikasıdır. O iki şeyi əks etdirir: Əvvəla Vaşinqton məğlub olur, ikincisi isə ABŞ-da qarşıdan prezident seçkiləri gəlir və Dövlət Departamenti Hillari Klintonun seçki qabağı ritorikasına uyğun gəlir, çünki Departamentin bir çox əməkdaşları Klintonun seçiləcəyi təqdirdə vəzifə yüksəkliyinə ümid edirlər.", - deyə Mallinson əlavə edib.

Keçmiş Böyük britaniyalı diplomatın sözlərinə görə, Trampın ABŞ prezidenti postuna seçilməsi Suriya münaqişəsini, bizim düşündüyümüzdən də daha tez həll etməyə imkan verərdi.

"Hazırda amerikalılar terrorçuları dəstəkləyirlər. Bu hələ tam əvvəldən, hələ İraqda aydın idi. Terrorçular indiyə qədər Vaşinqtonun Səudiyyə Ərəbistanı kimi müttəfiqlərindən silah alırlar.", - deyə Uilyam Mallinson  bildirib.

Onun sözlərinə görə, bununla belə, ABŞ və Böyük Britaniya Xüsusi Qüvvələri əvvəl-axır Suriyanı tərk etmək məcburiyyətində qalacaq. Rusiya Əsədin qanuni hakimiyyətini - ölkədəki sabitliyi təmin edə biləcək  yeganə qüvvəni dəstəkləməyə davam edəcək.


"İkili diplomatiya": ABŞ İŞİD-lə mübarizə adı altında terrorçuları necə silahlandırır? - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda biznesmenin itlərinə dəbdəbəli toy etdiyi bildirilir - VİDEO
    Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Musatafayevin Amon və İsida adlı cins itlərinə toy etdiyi bildirilir.
     24.04.2017
    Məktəb direktorunun faciəli ölümünün təfərrüatı
    6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.
     24.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ