1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.03.2017 13:15:23

Bakıda iki nəfərin ölümünə səbəb olduğu üçün 10 il müddətinə azadlıqdan məhrum edilmiş məmur oğlu Xalid Mədətov dünən əfv edilib.

 İslamazeri.az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında Xalid Mədədovun da adı var. Mədətov Xalid Mübariz oğlu, 1976-cı ildə anadan olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2014-cü il martın 15-də Suraxanı rayonunda Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Yol nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib. Oğlunun həbsindən bir müddət sonra Prezident İlham Əliyev Mübariz Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib.


İki nəfərin ölümünə səbəb olan məmur oğlu azadlığa çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ