EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:11.08.2017 10:04:54

Uzun illər ərzində İsraillə diplomatik münasibət qurmaqdan çəkinən iki Qərbi Afrika ölkəsi iki ay əvvəl Sionist rejimlə ilk diplomatik münasibətlərini qurmaq üçün razılıq əldə edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qərbi Afrikadakı iki müsəlman ölkə Seneqal və Qvineya İsrailə ilk dəfə səfir təyin edib. İsraildə yaşamayacaq olan səfirlər, İsrail rejimi rəhbəri Reuven Rivlinə etimadnamələrini təqdim edib.

İsrail mənbəli "Salom" qəzetində yer alan xəbərə görə, Seneqalın səfiri Talla Fall ölkəsinin eyni zamanda Misirdəki nümayəndəsi kimi çıxış edir və Qahirədə fəaliyyət göstərəcək. Qvineyanın səfiri Amara Kamara isə Parisdə fəaliyyət göstərəcək.

Benyamin Netanyahunun baş nazirliyindəki İsrail son zamanlar Afrika ilə münasibətlərini inkişaf etdirməyi hədəfləyir. Netanyahu bu məqsədlə ötən 14 ay ərzində iki dəfə regiona səfər edib.

İsrail və Qvineya arasındakı diplomatik əlaqələrin 1967-ci ildəki müharibədən sonra kəsilməsindən təxminən 49 il sonra, keçən il, ilk dəfə yenidən qurulub.

4 iyunda Liberiyada Seneqal Baş naziri Makki Sall ilə görüşən İsrail rejiminin Baş naziri Benyamin Netanyahu diplomatik münasibətlərlə yanaşı, kənd təsərrüfatı və müdafiə sahəsində edə biləcəkləri bəzi müqavilələr barəsində də görüşmüşdü. İki müsəlman Afrika ölkəsi ilə qurduğu diplomatik və ticarət əlaqələrini şərh edən Netanyahu, "Artıq İsrail keçmişin yükünü daşımayacaq. İsrail, Afrikaya gəlir, Afrika da İsrailə",- açıqlamasını edib.


İki müsəlman ölkəsi İsrailə səfir təyin etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ