EURO 2,0067 NEFT 73,04
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:16.06.2017 17:27:40

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır.

O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.

Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.
Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında deyib ki, əslində, adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.

“İlk növbədə, qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür”.

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

“Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb”.


İki dövlət universiteti birləşdirilə bilər - Ekspertdən açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AXCP fəalı həbs olunub
    Rəsmi qurumlar Füzuli Hüseynovun həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.
     16.06.2018
    Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub
    Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub
     16.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ