EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:23.07.2019 22:03:07

Onun sözlərinə görə, bütün göstərişlərə uyğun xanaları doldursa da, sonda məlum olub ki, məşğulluq üçün müraciət bölməsi aktiv deyil.

“Azərbaycan Gənclər Fondu sosial mediada reklamlı paylaşım edib ki, qeydiyyatdan keçməyə tələsin. Gənclərə, məxsusən də regionlarda yaşayan gənclərə iş imkanı, məşğulluq proqramı, təlimlər və s. Regionda yaşayan gənc işsiz kimi, sevinə-sevinə sayta daxil olmuşam, qeydiyyatdan keçmişəm. Şəxsiyyət vəsiqəsi kimi anket doldurursan, diplomunun, hətta xarici pasportunun surətinə kimi əlavə etməlisən. Amma heç bir xidmət işləmir”.

Bu barədə minval.info-ya Neftçala rayon sakini Qulu Zadə bildirib və xidmətdən şikayətçi olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün göstərişlərə uyğun xanaları doldursa da, sonda məlum olub ki, məşğulluq üçün müraciət bölməsi aktiv deyil. Yəni onlayn müraciət etmək mümkün deyil.

Q.Zadə bundan əlavə, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazriliyinin internet üzərindən xidmət göstərdiyi “e-sosial” layihəsi barədə narazılığını bildirib:

“Saytda qeydiyyatdan keçmək üçün aylardır, alıb, işlətmədiyim nömrəmi xidmət mərkəzinə gedib, pul verib, yeni müqavilə bağlayıb, yenidən almışam. “E-sosial”dan rahat qeydiyyat keçə bilmək üçün müqavilənin şəklini çəkib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qədər göndərmişəm. Bu qədər uzun əzab-əziyyətdən sonra nə görsəm yaxşıdı? Yenə sıfır nəticə. Deməli, ƏƏSMN-nin neçə həftədir, səhifəsində, mətbuatda reklam etdiyi, “iş üçün məşğulluğa getməyə ehtiyac yoxdur, onlayn müraciət üçün artıq “e-sosial” var” söylədiyi xidmət çalışmır. Sən demə, bu saytda da hər cür mənasız seçim, səhifə aktiv olsa da, işləsə də məhz bu 2 əsas məsələ yoxdur”.

Bununla əlaqədar olaraq Azərbaycan Gənclər Fondundan bildirilib ki, harıda Gənclərin Məşğulluğu proqramı aktiv deyil: “Digər bazalara yenilənmə işləri başa çatdıqdan sonra növbəti günlərdə müraciət etmək mümkün olacaq”.

ƏƏSMN-dən isə Məşğulluq Altsisteminin hazırda tam olaraq istifadəyə verilmədiyi qeyd edilib: “Tezliklə istifadəyə veriləcək. Vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzinə yaxınlaşaraq işsiz və işaxtaran kimi qeydiyyatdan keçə bilər. Məşğulluq Altsistemi istifadəyə verildikdən sonra elektron formada qeydiyyatdan keçmək mümkün olacaq”.


İki dövlət qurumunun işsizliklə bağlı DEAKTİV xidməti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ