EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.07.2019 11:25:01

Vətəndaş cəmiyyətinin bir qrup fəalı Nardaran sakini, yataq xəstəsi Əbülfəz Bünyadovun həbsdən azad edilməsi üçün kampaniyaya başlayıb

Vətəndaş cəmiyyətinin bir qrup fəalı Nardaran sakini, yataq xəstəsi Əbülfəz Bünyadovun həbsdən azad edilməsi üçün kampaniyaya başlayıb. İnternet platformada yayılan müraciət üçün imza toplanılır:

Fəallar Ə.Bünyadovun azadlığa buraxılmasına yardım göstərilməsilə bağlı Ə.Bünyadovun anası Xeyriyyə Bünyadovanın prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini dəstəkləməyə çağırırlar.

Ali Məhkəmə Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Ə.Bünyadovun kassasiya şikayətini təmin etməyib.

Müraciətdə xatırladılır ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic vəziyyətinə düşüb. O həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib və Ə.Bünyadovu məhkəmə zalından həbsxanaya xərəkdə aparıblar.

Hazırda Ə.Bünyadov Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar qulluq edirlər. Son vaxtlar hepatit C və bağırsaq infeksiyası ilə əlaqədar vəziyyəti daha da pisləşib.

Məhbusun anası qeyd edib ki, onun da ayaqları tutulub, oğluna baş çəkə bilmir. O, ölkə rəhbərliyini oğlunun ağır vəziyyətini, ailənin durumunu nəzərə alaraq, heç olmasa həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərməyə çağırır.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə onurğasını zədələyib. (Turan)


İflic olan dini fəalın azadlığa buraxılmasına çağırış

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ