EURO 1,9062 NEFT 51,58
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.05.2017 14:28:43

Deputatın fikrincə, ixtisarlar olmalıdır, amma ixtisara düşən insanlar başqa yerdə işlə təmin edilməlidirlər.

«Vətəndaşların maaşlarını artırmaq üçün dövlətin imkanları o qədər də geniş deyil. Hesab edirəm ki, ölkədə vətəndaşların yaxşı qazanc əldə etmələri bazar iqtisadiyyatı çərçivəsində ədalətli rəqabət mühitinin yaranmasından keçir».

Azadliq.org xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

Ölkədə bəzi ekspertlər deyir ki, son illər qiymətlər kəskin artsa da, əhalinin maaş və pensiyalarında bu özünü göstərmir.

F.Mustafanın fikrincə isə, indiki halda hətta vətəndaş ayda 500 manat yox, 1000 manat qazansa belə, bu onun aylıq tələbatını tam ödəməyəcək: «Ailədir, uşaq, təhsil, məktəb, tibb xərcləri var, müxtəlif ödənişlər etməlidir. Qanuni olan və olmayan, gözə görünməyən xərclər vardır. Odur ki, «dövlət maaşı artıracaq, vətəndaş da problemlərini həll edəcək» yanaşması düzgün deyil. Bunun yolu özəl sektorun inkişafından, bazar iqtisadiyyatından və rəqabətdən keçir».

F.Mustafa deyir ki, idarəetmədə məmur aparatı çox «şişib». Belə davam edərsə, dövlət hesabına maaşları artırmaq mümkün olmayacaq. Deputatın fikrincə, ixtisarlar olmalıdır, amma ixtisara düşən insanlar başqa yerdə işlə təmin edilməlidirlər.

F.Mustafa hesab edir ki, vətəndaşa azad bazar iqtisadiyyatına uyğun olaraq, kreditlərə çıxış imkanı tanınmalıdır: «Vətəndaşın seçim imkanı olmalıdır. Daha «Banklar haqqında» Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatasına istədiyi bankı bağlamaq hüququ verilməməlidir. Belə hallar, əslində, vətəndaşın seçim hüququnun əlindən alınması deməkdir».

F.Mustafa vurğulayır ki, əsas məsələ özəl sektorun inkişaf etməsidir. Onun fikrincə, özəl sektor inkişaf edə bilsə, bu zaman vətəndaşlar maaşlarını yüksəltməkdən çox, azad rəqabət mühiti nəticəsində daha çox qazanmaq yollarını arayacaq: «Özəl sektorun normal inkişafı, ədalətli rəqabətin təsbit olunması isə inhisarın, korrupsiyanın aradan qaldırılmasından keçir. Bu, ölkənin iqtisadi inkişafının, vətəndaşların varlanmasının düyün nöqtəsidir


"İdarəetmədə məmur aparatı çox şişib, maaşları artırmaq..." - Deputat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Orucluqda sağlam qidalanmanın 9 qaydası
    Dietoloqlar bildirir ki, diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi hallarla qarşılaşmaq riskinin çox olduğu bu ayda yalnız işləyən insanlar deyil, oruc tutan hər kəs mütləq imsaka qalxmalıdır.
     26.05.2017
    Fransanın yeni prezidenti: Fələstini qəbul etməyəcəyəm!
    Fransanın yeni prezidenti Fələstinə olan baxışını dilə gətirib.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ