EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.03.2019 17:18:42

Ruhullah Novruzzadə baş verənlərlə bağlı geniş açıqlama verərək bu məsələyə ölkə ictimaiyyətindən hüquqi və ictimai qiymət verilməsini xahiş etmişdi

Xəbər verdiyimiz kimi xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılaraq gəldiyi ölkəyə geri qaytarılıb. Azərbaycan vətəndaşı olan və ikinci vətəndaşlığı olmayan Ruhullah Novruzzadə baş verənlərlə bağlı geniş açıqlama verərək bu məsələyə ölkə ictimaiyyətindən hüquqi və ictimai qiymət verilməsini xahiş etmişdi.

İslamazeri.com məsələ ilə bağlı  ictimai xadimlər, hüquq müdafiəçiləri Namizəd Səfərov, Eldəniz Quliyev və Elşən Həsənovdan münasibət öyrənib.

İlahiyatçının ölkəyə buraxılmamasını qanunsuzluq adlandıran tanınmış vəkil, hüquq müdafiəçisi Namizəd Səfərov İslamazeri.com-a deyib: "İlk öncə qeyd edim ki, ölkədə özbaşnalıq bütün hədləri aşıb. Dövlət orqanları vəzifəli şəxslər və məmurlar atdıqları addımlara, qəbul etdikləri qərarlara görə heç bir məsuliyyət daşımırlar. Bu ölkədə bu günə kimi bir dənə də olsun məmur, vətəndaşın hüququnu pozduğuna, ona külli miqdarda maddi və mənəvi ziyan yetirməyə görə məsuliyyətə cəlb olunmayıb. Belə ki, qanunsuzluğu törədən məmur, bu əməlinə görə cəzalanmayacağına əmindir."

Hüquqşünas sözlərinin davamında "Müvafiq halda Ruhullah Novruzzadənin ölkəyə buraxılmamasını, olduqca qanunsuz bir addım və özbaşnalıq nümunəsi hesab edirəm.  Azərbaycan vətəndaşını ölkəyə buraxmamaq, görünməmiş hadisələrdən biridir. Əgər şəxsin barəsində cinayət işi mövcuddursa, o ölkəyə qayıdarkən saxlanıla, həbs oluna bilər. Ölkəyə girişinə qədağa qoyula bilməz. Ağlasığmazdır. Azərbaycan vətəndaşı ölkəsinə qayıdarkən, hava limanında saxlanılıb, gəldiyi ölkəyə qaytarılır. Bu hər bir halda qanunsuzluqdur. İnsana qəsdən problemlər yaratmaq cəhdidir. Bu vətəndaşın siyasi motivlərlə təqib olunmasıdır."

 Azərbaycan Ziyalılar Birliyi və İslamçı məhbusların Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də məsələ ilə bağlı İslamazeri.com-a münasibət bildirib: "Bu biyabırçılıqdır. Bu növbəti dəfə inanclılara, ilahiyyatçlara qarşı saxta ittihamlar, onlara qarşı problem, maneə yaratmaqdır. Bunun bir münasibət var; biyabırçılıq. Bunlar niyə, kimin sifarişi ilə dindarları, inanclı insanları həbs edirlər, təzyiq göstərirlər? Bu hakimiyyətin inanclılara qarşı münasibəti heç bir qırmızı xətti tanımır. Əndazəni keçiblər. Bu cür hadisə Ruhullah Axundzadənin oğluyla bağlı da baş vermişdi (Red: Ruhullah Axundzadə AİP funksionerlərindən biridir və 2011-cu ildə 11 il 6 ay,  oğlu Məhəmmədli isə 2015-ci ildə həbs edilərək bir il sonra yekun məhkəmə qərarı ilə 5 il 6 ay həbsə məhkum edilmişdilər)  isə oğlunu sonradan həbs etdilər. Ata-oğul hər ikisi siyasi məhbusdur. Əvvəl bu cür olaylar etiraz doğururdu, indi isə nifrət doğurur. Əgər mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə, mental keçmişimizə qarşı bu cür hərəkət edirlərsə, bunlar 1,  - keçmişimizi unutdurmaq istəyirər, 2,  - mənəvi, əxlaqi dəyərləri qəbul etmirlər, əgər qəbul etmirlərsə demək əxlaqsızlığı qəbul edirlər. Bunu başqa cür yoza bilmirəm."

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının sədri Elşən Həsənov bu cür hadisələrin ilk olmadığını qeyd edir. İslamazeri.com-a münasibət bildirən hüquq müdafiəçisi deyib:  "Təəsüflər olsun ki, bu birinci belə hadisə deyil. Rəsmi bildiriş vermirlər ki, şikayət edə bilməsin, ona görə ki, qadağa qanunsuzdur və qanunu pozan hökümət nümayəndələridir .2018 ci ildə belə üsulnan Qum şəhərində təhsil alan , ailəsilə görüşməyə gələn Şamxal Eyvazov həbs edildi;  bir dəfə ölkəyə buraxmadılar, ikinci dəfə gələndə narkotiklə şərləyib həbs etdilər (Siyasi məhbus siyahısınna adını daxil etmişik), yəni bu qanunsuz əməllərdir və bununla R. Novruzzadənin (MADDƏ 18 Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) Avropa İnsan Haqlari konvensiyası açıq şəkildə pozulmuşdur. Rəsmən qadaqa qoyulsa , səbəbləri və sənəd əsasında buraxılmamalıdır. Bu məsələni ictimailəşdirmək lazımdır və məhkəməyə ərizə verilməlidir. Yenə təkrar edirəm ki, bu qanunsuz əməllərı hüquq mühafizə orqanları törədir."

Elşən Həsənov bildirib ki, ona da qeyri rəsmi olkədən çıxmaga qadaqa qoyulub, 2014 ci ildə İrana ziyarətgaha gedəndə Biləsuvarda saxlanılıb və  heç bir səbəb , sənəd təqdim etməyərək sərhəddən qaytarılıb.


İctimai xadimlər ilahiyyatçı Ruhullah Novruzzadənin vətəninə buraxılmamasına münasibət bildirdilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İrandan Fransanın nüvə müqaviləsi mövqeyinə reaksiya
    Fransa Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü bəyanat verərək, nüvə müqaviləsinin davam etməsini qeyd edib.
     25.04.2019
    Azərbaycanda qadın kişini döyüb xəstəxanalıq etdi - CİNAYƏT İŞİ AÇILDI
    Günahı sübuta yetirilərsə, qadını pul cəzası, islah işləri və ya 1 il müddətinə həbs cəzası gözləyir.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ