EURO 1,8825 TRY 0,2964
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:28.08.2019 15:00:21

Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi dəmir boru ilə döyüb.

Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi dəmir boru ilə döyüb.

Virtualaz.org xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin özü məhkəmədə deyib.

Xatırladaq ki, dələduzluqda ittiham edilən Xəyyam Balayev ötən həftə məhkəmədə həbs olunub. İndiyə qədər onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

 33 yaşlı Xəyyam Balayev məhkəmədə belə deyib: “Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub».

 

Yalçın Abdullayevin əmisi Vaqif Abdullayev  2012-2018-ci illərdə Beyləqan rayonunun icra başçısı olub. Əhvalat, yəni 1 milyon dollara yaxın pulun biznes üçün X.Balayevə verilməsi də bu dövrə təsadüf edir. Vaqif Abdullayev özü də icra başçısı olarkən  Beyləqanda tikilən Olimpiya Kompleksində fəhlə işləyən Rahil Əliyev adlı yerli sakini sərxoş vəziyyətdə şəxsən döymüşdü və ona ağır xəsarət yetirmişdi. Bu haqda Rahil Əliyev 2018-ci ildə sosial şəbəkələrdə yaydığı müraciətində təfərrüatları ilə danışmışdı. İcra başçısının fəhləni döyməsinə səbəb isə obyektdən “yoxa çıxan” bir neçə dəmir konstruksiya olmuşdu. Vaqif Abdullayev hmin konstruksiyaların oğurlandığını desə də sonradan məlum olmuşdu ki, tikintini aparan şirkət özü konstruksiyaları təmir üçün zavoda qaytarıbmış.

İndi Vaqif Abdullayevin qardaşı oğlu iddia eedir ki, Xəyyam Balayev birgə biznes qurmaq adı altında onun 965 min dollarını alıb və mənimsəyib.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanan X.Balayev özünü təqsirli bilmir, deyir ki, çoxdan bizneslə məşğul olur. Onun sözlərinə görə, Y.Abdullayevlə birgə iş təklifi onun özündən gəlib: «Mən Elçin Əliyevlə steklovat (şüşə-pambıq üzlük, izolyasiya materialı-red.) alışı-satışıyla məşğul olurdum. Mal bizə, əsasən, Türkiyədən göndərilirdi. Yalçın Abdullayevi də Elçinin vasitəsilə tanımışam. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə birlikdə iş görməyi təklif elədi. Mən ona Elçinlə işim haqda danışmamışdım. Özü məlumatlı idi, buna görə təklif də ondan gəldi. Dedi ki, steklovat işinə başlamaq istəyir. Düzdür, ondan pul alınıb, iş görülüb, sonra da geri qaytarılıb. Mən bu gün niyə həbsdəyəm, bilmirəm».

X.Balayev deyir ki, zərərçəkən tərəf ona və yaxınlarına təzyiq edir, hədələyir. Ölümlə hədələndiklərini iddia edən təqsirləndirilən şəxsin sözlərinə görə, bu işdə onun əleyhinə heç bir mötəbər sübut yoxdur: «İşdəki səs yazısı da sübut kimi qəbul oluna bilməz. Çünki məni döyüb, zorla o sözləri dedirdiblər».

X.Balayevin vəkili sözügedən səs yazısının qanunsuz yolla əldə edildiyini əsas gətirib sübutlar siyahısından çıxarılması, bir də müvəkkilinin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.

Suallara dəqiq cavab verilməyib

Zərərçəkən Y.Abdullayev özü məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. Vəkil döyülmə, zorla səs yazma kimi ittihamlara cavab verməsə də, pulun qaytarılmadığını söyləyib. Təqsirləndirilən şəxsə suallar verərək, malların kimlərin vasitəsilə alınıb-satılması, pulların kimə çatdırılması və s. haqda soruşub. Ancaq X.Balayev suallara dəqiq cavablar verməyib. Məsələn, zərərçəkənin nümayəndəsi soruşur ki, malları Türkiyədən kimdən, hansı şirkətdən alırdı?

X.Balayev deyib ki, pulu Bakıda Orxan adlı şəxsə verirdi, Türkiyədən malı o gətirirdi. Onun sözlərinə görə, həmin Orxan adlı şəxslə indi əlaqəsi yoxdur: «Söz-söhbətlərdən sonra Orxanla əlaqə tamam kəsildi».

O, Qazaxıstanla da ticarət əlaqələrinin olduğunu desə də, birlikdə işlədiyi şəxslərin hansısa biri haqda dəqiq məlumat verməyib. Bu gün aAvqustun 28-də davam keçiriləcək məhkəmə iclasında da X.Balayev zərərçəkmişin vəkilinin qalan suallarını cavablandıracaq.

42-yaşlı Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.

X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.


İcra başçısının qardaşı oğlu: 1 milyon dollar verib və dəmir boru ilə döyüb...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SAYT HAQQINDA
     16.09.2019
    Yəmən: Səudiyyənin istənilən yerini, istədiyimiz an vura bilərik
    Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi, Səudiyyə Ərəbistanındakı xarici vətəndaşlara ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
     16.09.2019
    Avropa İttifaqının komissarı Gürcüstanda səfərdədir
    Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han Gürcüstanda səfərdədir.
     16.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ