EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:29.04.2019 18:03:21

İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır.

İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır.
İslamazeri.com xəbər verir ki, BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.

Bu, 1-ci vitse-prezident Mehriban Əliyevanın keçən həftə İçərişəhər ərazisində BBC News Azərbaycanca müxbirinin sualına cavabdan sonra baş verib. Mehriban Əliyeva "İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır" demişdi.

Müxbirlər cümə günü ərazidə olarkən tikintinin üst mərtəbəsində olan dəmir konstruksiyanın üzərinin beton örtüyü ilə bağlanıldığını görüb. Bu gün isə müşahidə edilib ki, həmin beton örtük fəhlələr tərəfindən sökülüb yerə tökülür.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.


İçərişəhərdəki restoranın damında söküntü başladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ