1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.10.2017 10:53:22

Yəməndə keçmiş prezidentə məxsus hərbi bazada husilərin rəhbərliyi təmin edilib.

Yəməndə husi qüvvələri Sənanın cənubunda sabiq prezident Əli Abdullah Salehə sadiq Respublika qvardiyasının böyük hərbi bazasına nəzarəti ələ alıblar.

İslamazeri.com "Alarabiya"-ya istinadla xəbər verir ki, qvardiyanın Sənadakı ikinci böyük düşərgəsi olan Dəbva bazası husilərin nəzarətinə keçib. Artıq hərbi bazanın rəhbəri briqada generalı Əli Məhəmməd əl-Məsudinin əvəzinə yeni komandir də təyin edilib.

Yəməndəki bir sıra mənbələrin bildirdiyinə görə, husilər hərbi düşərgəni dinc şəraitdə nəzarətə keçiriblər. Belə ki, hələ bir ay əvvəl hərbi hissənin bütün zabitlərinə bu barədə xəbərdaredici məlumat göndərilib. Əli Abdullah Saleh də əvvəlcədən məsələ barədə məlumatlandırılıb. O hərbi hissənin tamamilə husilərin nəzarətinə keçməsinə mane olmayıb.


Husilər Sənada böyük hərbi bazaya nəzarəti ələ alıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ