EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.03.2020 13:41:17

Noyabrın 6-da O.Gülalıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyəyə müalicəyə göndərilib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində mühüm dəyişiklik yoxdur. Əvvəlkitək gözlərini açır, yanında danışanda eşidir, amma beyin oyanıqlığı hələ baş verməyib. Bu barədə İstanbulda “Amerika hospitalı”nda müalicə olunan fəalın xanımı Firuzə Gülalıeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyev tibbi prosedur olaraq gündəlik həkimlərin nəzarəti altında yarım saata kimi ayaq üstə saxlanılır, oturduğu halda saxlanması isə bir az uzun çəkir.

“Həkimlər şüur oyanıqlığının nə zaman baş verə biləcəyini deyə bilmirlər. Prosesin bu qədər uzun çəkməsini isə qəzadan sonra tibbi əməliyyatın çox gec olunması ilə izah edirlər”, - F. Gülalıeva deyib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində hüquq müdafiəçisini avtomobil vurması nəticəsində başından ağır kəllə-beyin travması alıb. Ertəsi gün ona neyrocərrahiyyə əməliyyatı edilib, amma artıq beyinə geniş qan sızması baş vermişdi.

Noyabrın 6-da O.Gülalıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyəyə müalicəyə göndərilib.


Hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbər var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ