EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.04.2018 12:21:18

Aprelin 16-da hüquq müdafiəçisi Oqtay Gülalıyev DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində şahid qismində 2 saatdan çox dindirilib.

Aprelin 16-da hüquq müdafiəçisi Oqtay Gülalıyev DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində şahid qismində 2 saatdan çox dindirilib. "Məni heç bir aidiyyatım olmayan cinayət işi üzrə şahid qismində dindirdilər", - O.Gülalıyev Turan-a bildirib.

Ondan verilən sualların açıqlanmamasına dair iltizam alınıb.

Hüquq müdafiəçisi hesab edir ki, DİN-ə çağırılması onun ictimai fəaliyyəti, əsasən 17 yaşlı fəal Fatimə Mövlanlını müdafiə etməsilə bağlı olub.

Aprelin 14-də gənc qız bildirib ki, onu oğurlayıblar və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. O.Gülalıyev bununla bağlı qurum rəhbərliyinə və baş prokurora müraciət edərək bu faktın araşdırılmasına çağırıb.

F.Mövlanlı martın 31-də müxalifətin mitinqindən sonra yoxa çıxıb. Aprelin 5-də bir qrup fəal onun azadlığa buraxılması üçün kampaniyanın başlandığını bəyan edib.

Ancaq həmin gün axşam F.Mövlanlının Facebook-da videomüraciəti yayılıb. O, bir neçə gün ərzində yoxa çıxmasını səhhətilə əlaqədar rəfiqəsinin yanında qalması və telefonu qapatması ilə izah edib.

14 aprel mitinqindən sonra F.Mövlanlı yeni video yayaraq bildirib ki, beş gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Ondan AXCP-nin gənc fəallarına qarşı təxribatlarda istifadə etmək istəyiblər.

Aprelin 17-də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və təşkilatın gənclər komitəsinin rəhbəri Emil Səlimov DİN-in həmin idarəsinə çağırılıb.

DİN-dən şərh almaq mümkün olmayıb. 


Hüquq müdafiəçisi Oqtay Gülalıyev DİN-də iki saatdan çox dindirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oğuzda zəlzələ olub
    Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb.
     22.04.2018
    22 aprel - Beynəlxalq Yer Günüdür
    22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ