1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.10.2020 10:13:18

Ermənilər kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

İslamazeri.com xəbər verir ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

 Müdafiə Nazirliyindən  verilən məlumata görə, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Say azaldan və gizlədən separatçılar etiraf edib

Qondarma Erməni rejiminin açıqlamasından həqiqətən iki gündür onlar üçün ağır zərbələr və itkilər verdiyi məlum olur.

Belə ki, qondarma rejim iki gün əvvəl 45 hərbçisinin məhv edildiyini etiraf etməsi də gözlənilməzdir. (İzvestiya qəzeti). Bu etirafdan və ermənilərin itkilərini gizlətmə və sayının dəfələrlə azaltmalarını nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyinin çox ciddi zərbələr vurduğu məlum olur.

Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçılara qarşı apardığı əməliyyatlar zamanı düşmənin bir neçə min canlı qüvvəsini məhv edib. Bu məlumatın (minlərlə erməni hərbçisinin öldüyünü) erməni ictimaiyyətində birdən açıqlanması ilə Ermənistanda böyük etirazların baş verəcəyi qaçılmazdır. Bu səbəbə görə, məlumatlar tədrici dəfələrlə say azaldılaraq erməni ictimaiyyətinə çatdırılır.

Ehtimal olunur ki, Ermənistan humanitar atəşkəs rejimini kobud pozmağa, xüsusilə də Azərbaycanın dinc əhalisinə qarşı aqressiyasını da bu etirazların qarşısını almaq və cəbhədəki məğlubiyyətlərini pərdələmək üçün həyata keçirir.


Humanitar atəşkəsə əməl etməyən düşmən iki gecədir canlı və texnika baxımdan ciddi itki verir - RƏSMİ, ŞƏRH

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ