1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.04.2020 12:54:43

Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı bəyanat verib

Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən sui-istifadə edir və hökuməti tənqid edənləri susdurmaq üçün müxalifət fəallarını həbs edir. Bu barədə Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

Son həftələr ərzində ən az altı fəal və müxalif jurnalist saxta karantin rejimini pozmaq və ya polisə tabe olmamaq ittihamları ilə 10 gündən 30 günədək həbs edilib.

Demək olar ki, onların hamısı karantin mərkəzlərindəki şəraiti və ya hökumətin əhalinin həssas təbəqələrinə adekvat kompensasiya vermək iqtidarında olmamasını tənqid etdikdən sonra həbs ediliblər.

Həbs edilənlər arasında hətta xroniki xəstəliyi olan övladını müalicə üçün xəstəxanaya aparan insan da olub.

"Bu həbslər tamamilə Azərbaycanda köhnə siyasi qisas modelinə uyğundur", deyə HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib."Hakimiyyət ifadə azadlığına görə cəzalandırmaq üçün fövqəladə vəziyyətdən bəhanə kimi istifadə etməyə son qoymalıdır", deyə o, əlavə edib.

HRW hesab edir ki, insanların karantin rejiminin pozulmasına görə həbsi əslində xəstəliyin yayılmasını artıra bilər, çünki insanların çox olduğu həbs yerlərində virus asanlıqla yayıla bilər. Regional, eləcə də milli monitorinq qrupları Azərbaycan həbsxanalarında saxlanma şəraitini tənqid edib.

HRW hesab edir ki, Azərbaycanda tətbiq edilmiş evdən çıxmaq üçün icazə sistemi yerdəyişmə azadlığını və şəxsi azadlığı həddindən artıq məhdudlaşdırır.

"Karantinin pozulmasına görə sanksiya kimi həbs cəzasından istifadə etmək səmərəsizdir və BMT və Avropa Şurasının ekspertlərinin tövsiyələrinə ziddir.

Hakimiyyət dərhal məhdudlaşdırıcı tədbirlərin siyasi tətbiqinə son qoymalı və həbs edilmiş şəxsləri azad etməlidir", deyə HRW-nin bəyanatında bildirilir.

Turan


Human Rights Watch Azərbaycan hökümətini pandemiya ilə bağlı tənqid edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ