EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.10.2019 13:19:25

Prokurorluq onun o zamanlar terrorçu Əhrar Əş-Şam terror qruplaşmasının komandiri olduğundan şübhələndiyini bildirib.

islamazeri.com "VOA"ya istinadən xəbər verir ki, Hollandiya polisinin cümə günü bildirdiyinə görə, bu həftə Əhrar Əş-Şam İslamçı qrupun keçmiş komandiri olduğu iddia edilən 29 yaşlı suriyalı hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilib.

Polis adını açıqlamayan şəxsin çərşənbə axşamı ölkənin şimalındakı bir sığınacaq mərkəzində həbs edildiyini bildirib.

Ona qarşı 2015-ci ildə Həmadakı döyüşlər zamanı rəqib əsgər cəsədinin yanında durarkən və başqa bir cəsədə təpik atarkən çəkdirdiyi şəkillərə görə müharibə cinayətləri ittihamı irəli sürülüb.

Prokurorluq onun o zamanlar terrorçu Əhrar Əl-Şam təşkilatının komadiri olduğundan şübhələndiyini bildirib.

Şübhəli Hollandiyada sığınacağa bu ayın əvvəlində müraciət edib. Lakin o, 2015-ci ildə qısamüddətli sığınacaq qeydiyyatından keçdiyi zaman Almaniya rəsmilərinin diqqətini çəkib. Prokurorluq onun o zamanlar terrorçu Əhrar Əş-Şam təşkilatının komandiri olduğundan şübhələndiyini bildirib.

Hollandiya qanunlarına görə, onun iddia edilən hərəkətləri müharibə qurbanlarının şəxsi ləyaqətinin alçaldılmasıdır.

1949-cu il Cenevrə Konvensiyasına əsasən müharibə cinayəti digər bir ölkələrdə baş versə də, Hollandiyada mühakimə oluna bilər. Ona qarşı irəli sürülən ittihamlar təsdiq edilərsə, şübhəli ömürlük həbs cəzası ilə üzləşə bilər.


Əhrar Əş-Şam terrorçu qruplaşmasının keçmiş komandiri Avropada həbs olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qətər əmiri əhalini yağış duasına çağırdı
    Qətər əmiri Tamin bin Həməd əl-Tani ölkə əhalisini noyabrın 14-də "yağış duası" mərasiminə çağırıb.
     13.11.2019
    Tapşırıq verildi, şəhid ailəsinin bank girovluğunda olan evi  geri qaytarıldı
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank" tərəfindən girov götürülən evi geri qaytarılıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ