EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.09.2019 12:00:10

Honq Konq-da Amerika səfirliyinin önündə demokratiya hərəkatının iştirakçıları toplaşaraq ABŞ prezidenti Donald Trump-dan kömək istəyiblər.

islamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Honq Konq-da Amerika səfirliyinin önündə demokratiya hərəkatının iştirakçıları toplaşaraq ABŞ prezidenti Donald Trump-dan kömək istəyiblər.

İştirakçıların bəzilərinin əlində "Prezident Trump, Honq Konq-u xilas et", "Honq Konq-u yenidən qüdrətli et" şüarları yazılmış banerlər vardı.

Honq Konq administrasiyasının etirazçıların ən böyük tələblərindən biri - ittiham olunanların Çinə ekstradisiyasını təmin edəcək qanun layihəsini geri çağırsa da, 13 həftə davam edən etiraz aksiyaları səngimək bilmir.

Rəsmi Pekin birmənalı olaraq xarici qüvvələrin ölkənin daxili məsələlərinə qarışmasının qarşısını alırdı.

ABŞ səfirliyi önündə toplaşanlar Amerika bayrağı qaldıraraq prezident Trump-ı "Honq Konq-u Çindən azad etməyə" çağırıb.

Onlar ABŞ-ın demokrat-senatorların təklif etdiyi "Honq Konq-da insan haqları və demokratiya qanunu"-nu qəbul etməsini istəyirlər.

Bu qanun qəbul olunarsa ABŞ administrasiyasından xüsusi şərtlərlə aparılan ticarəti qorumaq üçün keçmiş Britaniya koloniyası olan ərazinin muxtar statusu haqda illik təsdiq tələb olunacaq.

Qanun həmçinin Honq Konq-da vətəndaş azadlıqlarının məhdudlaşdırılmasında ittiham olunan bəzi Çinli məmurlara qarşı sanskiya tətbiqini nəzərdə tutur.

ABŞ məsələyə qarışacaqmı?

Donald Trump-ın Çinin dövlət başçısı haqda dediklərinə baxmayaraq Honq Konq-da demokratiya hərəkatının bəzi üzvləri ABŞ prezidentinin dəstəyinə ümid edir.

Şənbə günü ABŞ-ın müdafiə naziri söyləmişdi ki, sözügedən məsələdə Çin təmkinli davranmalıdır.

O, Çin hökumətini etirazçılarla danışıq aparmağa çağırmışdı.

"Mən şübhə etmirəm ki, Çin dövlət başçısı Xi istəsə Honq Konq-un problemini tez və insani həll edə bilər", - prezident Trump avqust ayında tvitində qeyd etmişdi.

Çin hökuməti nəinki xarici qüvvələrin qarışmasını istəmir, hətta ABŞ və Britaniyanı ölkənin daxili işinə qarışmaqda birbaşa ittiham edir.


Honq Konqda aksiyalar - Görün kimdən kömək istədilər?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ